Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanın icrası istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq işlər həyata keçirilib.
Xeberler.az bildirir ki, bu barədə bu gün "Daşınmaz Əmlakın Qeydiyyatı layihə"sinin başa çatması ilə əlaqədər keçirilən təqdimat mərasimində məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan Hökumətinin və Dünya Bankının "Daşınmaz Əmlakın Qeydiyyatı layihə" çərçivəsində xidmətlərin sürətlə elektron müstəviyə keçməsi, qeydiyyat prosedurlarının azaldılması, rahatlıq və operativliyin yüksəlməsi, məmur-vətəndaş təmasının azalması təmin edilib. Bu istiqamətdə daşınmaz əmlakın qeydiyyatında elektron və onlayn xidmətlərin istifadəyə verilməsi layihənin ən mühüm uğurlarından hesab olunur.
Məlumata görə, ümumilikdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron və 3 onlayn xidmət istifadəyə verilib. Onlayn xidmətlərin tətbiqi ilə qeydiyyat prosedurları 4-dən 1-ə endirilib. Yeni onlayn xidmətlər yüklülük arayışlarının (Forma-1) onlayn verilməsini, dövlət reyestrində əmlak barədə məlumatların onlayn əldə olunmasını və alqı-satqıdan sonra hüquqi sənədlərin ərazi qeydiyyat idarəsinə onlayn göndərilməsini əhatə edir. Bu o deməkdir ki, birdən-birə 3 hüquqi əməliyyatın icrası elektronlaşıb.
Tədbirdə bildirilib ki, indi vətəndaşlar, hüquqi şəxslər və biznes qurumları daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün qeydiyyat idarələrinə elektron qaydada müraciət etmək imkanlarına malikdirlər. İndiyədək elektrin xidmətlər vasitəsilə 253 mindən çox müraciət daxil olub və qanunvericiliyə uyğun olaraq təmin edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri