Polis: "Uşaqlarınızın Facebook şifrəsini oğurlayın!"

22-02-2011 / 08:49

Amerikada, ailələrə uşaqlarının təhlükəsizliyindən ötrü onların Facebook şifrəsini oğurlamağı məsləhət görən bir polis yeni narazıçılığa səbəb olub.

Hazırki dövrün uşaqlarını internetdən və texnologiyadan məhrum etmək, həm son dərəcə mərhəmətsizlik həm də onların gələcəyi üçün çox mənfi bir qərar olardı. Ancaq hər bir ana və ya ata da internetdə mənfi məzmunlarla bağlı böyük narahatlıq hissi keçirir.

Amerikada, New Cerseli polis rəisi olan Ceyms Batellinin bu mövzu ilə bağlı radikal bir təklifi var.

Batelli, ailələrə 80$ qiymətinə ala biləcəkləri və klaviaturadan yazılan hər şeyi qeydə ala bilən keylogger proqramlarını təklif edir. Beləliklə uşaqların Facebook şifrəsini öyrənərək  sosial şəbəkədə nələr etdiyini daha sonra özünüz uşağınızın hesabından girərək görə biləcəksiniz. Bundan əlavə bu proqram sayəsində uşağınızın MSN şifrəsini və MSN-də nələr yazdığını da asanlıqla görə bilməniz mümkündür. Təbii siz bunları edərkən uşağınızın bu vəziyyətdən qətiyyən xəbəri olmayacaq.

Lakin bu  təklif Amerikada böyük narazıçılığa səbəb olub. Belə ki, amerikalı valideynlərin fikrincə bu təklif uşaq və valideyn arasında olan inamsızlığın daha da artmasına səbəb ola bilər./// fakto.info


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.