Qırmızı Körpü sərhəd-keçid məntəqəsində nə baş verib?

26-05-2017 / 16:24

Dünən axşam saatlarında Dövlət Gömrük Komitəsinin Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsində ciddi problem yaşanıb.

Xeberler.az-ın əldə etdiyi məlumata görə, DGK-nin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yaranan problemə görə 4 saat müddətində müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışı həyata keçirilə bilməyib. Belə ki, adı çəkilən informasiya sisteminə məlumatları daxil etmək mümkün olmayıb və belə demək mümkündürsə, sistem “çöküb”.

Bildirilir ki, dünən saat 21:00-da yaranan problem yalnız bu gün gecə saat 1-də Komitənin İT mütəxəssisləri tərəfindən aradan qaldırılıb.

DGK tərəfindən Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində yaranan problemlə bağlı bu xəbər hazırlanan ərəfəyədək rəsmi açıqlama verilməyib.

Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarə Sistemi – VAİS dövlət qeydiyyatından keçib və müvafiq sertifikat alıb. Bu sistemdən mal və nəqliyyat vasitələrinin idxal və ixracı üçün nəzərdə tutulmuş icazə sənədlərinin verilməsi ilə əlaqədar olaraq xeyli sayda digər dövlət orqanları (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, DİN, Dövlət Sərhəd Xidməti və s.) da istifadə edir. Bu qurumların sertifikat, lisenziya və icazə sənədlərinin verilmə prosedurları da VAİS -ə inteqrasiya olunub.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.