Previous Next
Bağla

Gömrük Komitəsi Mazımçay gömrük postuna mediatur təşkil etdi

20-11-2018 10:06
Gömrük Komitəsi Mazımçay gömrük postuna mediatur təşkil etdi

Noyabrın 17-də bir sıra media nümayəndələrinin Gürcüstanla sərhəddə yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna səfəri təşkil edildi.

Xeberler.az  bildirir ki, mediaturun təşkil olunmasında məqsəd gömrük prosedurlarını, sərhədkeçmə prosesini, gömrük nəzarətini əyani şəkildə göstərmək, eyni zamanda, gömrüklə bağlı proseslərin icrası zamanı şəffaflığın təmin edildiyi barədə media təmsilçilərini məlumatlandırmaq idi.

Məlumat üçün qeyd edək ki, "Mazımçay"da ilk gömrük proseduru sərhəd qapısından başlayır. Avtomobil gömrük ərazisinə daxil olan kimi xüsusi quraşdırılmış ilmənin üzərinə çıxır və avtomatik olaraq sistem işə düşür. Nəqliyyat vasitəsinin şəkli çəkilərək bazaya ötürülür. Daha sonra maşın tərəzinin üzərinə çıxır, onun çəkisi hesablanır.

Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sisteminə (VAİS) daxil edilir. "Bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Daha sonra kinoloji xidmətin itləri avtonəqliyyat vasitəsini yoxlayırlar. Fiziki baxış keçirildikdən sonra mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır. Bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır.

Mediatur zamanı məlum oldu ki,  “Mazımçay” postundan təkcə oktyabrda 21153 nəqliyyat vasitəsi idxal və ixrac xəttindən yoxlanılaraq buraxılıb.

Səfər çərçivəsində jurnalistlər "Mazımçay" gömrük postunun müvəqqəti saxlanc anbarı ilə də tanış olublar. Onlara malların müvəqqəti saxlanc anbarına götürülməsi və təhvil verilməsi ilə bağlı qanunvericiliyin müvafiq müddəaları barədə izahat verilib.

Səfər çərçivəsində Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abbasov yaxın vaxtlarda tətbiq ediləcək yeni layihə - elekton növbə sistemi barəsində məlumat verdi. Məlum oldu ki, bu sistem vasitəsilə vətəndaşlar sərhədi keçməmiş burada sıxlığın vəziyyəti barədə əvvəlcədən məlumat ala biləcəklər. Yeni sistem tətbiq edildikdən sonra internetə çıxışı olan istənilən məkandan gömrük-keçid məntəqəsindəki vəziyyət barədə məlumat almaq imkanı əldə ediləcək. Sistemdə gömrük-keçid məntəqəsindəki sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək və vətəndaş sıxlığın az olduğu tarixdə sərhədkeçməni həyata keçirə biləcək. Bu sistem həm də sərhədkeçmə vaxtı sıxlığın yaranmaması üçün balansın qorunmasına şərait yaradacaq.

Gömrük postlarında daha bir yenilik isə “Azərpoçt” MMC-nin nümayəndəliklərinin yaradılmasıdır. Bu sistem də artıq yaxın bir neçə ildə həyata keçirilib. Gömrük postları nağdsız əməliyyatlar həyata keçirdiyi üçün, vətəndaşlar dövlət rüsumunu birbaşa poçta ödəyir və ödənişin qəbzi sənətə tikilir. İdxal nəzarət xəttində yalnız yük maşınlarının qeydiyyatı aparılır. Digər xətdə isə minik maşınlarının idxal və ixracı, bundan başqa, yük maşınlarının ixracı həyata keçirilir. Bu yaxında xətdə aparılan təkmilləşdirmə işlərindən sonra avtomobillərin ayrı-ayrılıqda yerləri təyin ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Gömrük Komitəsi 3 yeni elektron xidmətin tətbiqinə başlayır

28-11-2019

Gömrük Komitəsi ekspertin iddialarına cavab verdi

23-11-2018

Gömrük idarələrində elektron ödəmə terminalları quraşdırılıb

14-03-2019

Avtomobil gətirənlər “Xüsusi diqqət siyahısı”na düşəcək

31-08-2016

Avtomobilin gömrükdə rəsmiləşdirilməsi prosesi asanlaşdı

29-09-2022

Gömrük sistemində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib

22-04-2019

Qırmızı Körpü sərhəd-keçid məntəqəsində nə baş verib?

26-05-2017

Gömrük də "ASAN" laşdı

19-11-2018

Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri ASAN ödəniş sistemində

22-07-2019

Azərbaycanda “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib

28-07-2021

Ağırçəkili nəqliyyat vasitələrinə icazə “bir pəncərə”dən veriləcək

24-01-2023

Xarici ticarət iştirakçılarına son yeniliklərlə bağlı məlumat verilib

01-03-2019

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb

19-01-2022

Azərbaycan və Estoniya gömrüyün rəqəmsallaşdırılmasını müzakirə edib

27-08-2025

Avtomatlaşdırılmış Risk Analiz Sisteminin hədəfləri açıqlanıb

31-01-2024

AYNA Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib

04-11-2024

Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər

07-04-2014

Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

07-04-2014

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn xidmət fəaliyyətə başlayır

31-01-2022

Dövlət agentliyi sahibkarların siyahısını tutacaq

18-04-2019

Gömrükdə elektron xidmətlərin genişləndirilməsi haqqında Sərəncam verildi

04-03-2016

Dövlət xəstəxanaları vahid informasiya sistemi ilə təmin olunmalıdır

19-05-2015

COP29-da iştirak üçün akkreditasiya portalı istifadəyə verilib

02-07-2024

Nəqliyyatda elektron-kart ödəmə sistemi tətbiq ediləcək

20-10-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə