Azərbaycan İnternet Forumu internetdə yaranan problemlə bağlı açıqlama yayıb.
Azərbaycan İnternet Forumundan Xeberler.az-a bildirilib ki, 27 iyul tarixdə ölkənin şimal-qərb bölgəsində internet təchizatı sahəsində ciddi problem yaranıb.
Azərbaycan İnternet Forumu qeyd edir ki, 27 iyul 2019-cu il tarixdə ölkənin şimal-qərb bölgəsində - Balakən rayonunun internet təchizatında 7 saat müddətində ( saat 15.00 – 22.00 ) ciddi problem yaranıb.
Bu müddət ərzində internet istifadəçilərin, daimi onlayn əlaqə tələb olunan müəssisə və təşkilatların, dövlət və özəl sektorun, xüsusi əhəmiyyətli qurumların, gömrük və bank sektorunun fəaliyyətində ciddi problemlər yaşanıb. Mazımçay sərhəd- buraxılış məntəqəsində uzun növbələr yaranıb. Dəmir Yol nəqliyyatında onlayn bilet satışında ciddi problemlər yaşanıb.
Azercell dövlət mobil operatorunun da mobil internetində problemlər olub. Digər operatorlar normal fəaliyyət göstəriblər.
AİF bildirir ki, bu bölgədə əsas internet təchizatçısı NRYTN-nə məxsus Aztelekom dövlət provayderidir.
Bir müddət öncə NRYTN tərəfindən aparılan düzgün olmayan fəaliyyət nəticəsində bu bölgədə olan özəl provayderlər öz müştərilərini itiriblər.
Odur ki Aztelekom internet xidməti sahəsində burada inhisarçı mühit formalaşdırıb.
Eyni zamanda baş verən hadisədən sonra məlum olub ki Aztelekom indiyədək bu rayona internet üçün hər hansı magistral fiber optik xətt çəkməyib.
Aztelekom dövlət provayderi internet xidmətini yalnız və yalnız DeltaTelekoma məxsus magistral xətlər üzərindən verir.
Apardığımız monitorinqlər onu göstərir ki bütün rayonda 7 saat müddətində internet bağlantısının kəsilməsinin əsas səbəbi də məhz, Aztelekom-un bölgədəki telekommunikasiya qovşağıda yerləşən, Delta Telecoma məxsus avadanlıqlarda yaranan texniki problemlə bağlı olub.
Problemin uzun müddət davam etməsi, Delta Telecom və NRYTN-nin bu bölgədə alternativlərinin olmaması, operativ texniki dəstəyin təşkil olunmaması bu sahədə ciddi problemlərin olmasından xəbər verir.
Alternativlərin olmaması , texniki-texnoloji şərtlərin qabaqcadan NRYTN tərəfindən düzgün müəyyən olunmaması, inhisarçılıq vəziyyəti sonda bölgənin internet bağlantısında ciddi problemlər yaradıb.
Ölkədə telekommunikasiya infrastrukturunun dayanıqlığna cavabdeh olan NRYTN-nin indiyədək bu istiqamətdə dayanıqlı, etibarlı rabitə infrastrukturu qurmamsı ciddi siqnal olmalıdır.
Baş verənlər informasiya sahəsində milli maraqlarımıza uyğun olmayan bir vəziyyətdir.
AİF bildirir ki, strateji bir regionda 7 saat müddətində internet bağlantısının olmaması, dövlət qurumları arasında informasiya münasibətlərinin pozulması, xüsusilə də daimi onlayn əlaqənin vacib olduğu sahələrdə yaşanan problemlər informasiya təhlükəsizliyi üçün ciddi təhdiddir.
AİF bildirir ki, son illərdə ölkənin informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən işlər görülüb, yeni qurumlar formalaşdırılıb, səlahiyyətlər konkretləşib. Dövlət və özəl sektorda informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün müəyyən addımlar atılıb. Xüsusən də, 2015-ci ilin 16 noyabr hadisəsindən sonra ölkənin inernet infrastrukturunun dayanıqlığı üçün
Delta Telecom və AzerTelecom tərəfindən bir sıra işlər görülüb, Azərbaycan İnternetinin qlobal dünyaya bir neçə fərqli magistral kanallar üzərindən bağlantısı təmin edilib.
Bununla belə görünür ki atılan addımlar yetərli olmayıb, xüsusilədə ölkədaxili telekommunikasiya infrastrukturunun dayanıqlığı yetrəli deyil. Istənilən bir problem ölkənin və ya bəlli bir bölgənin internet bağlantısında ciddi fəsadlar yaradır. Dövlət və özəl sektora məxsus telekommunikasiya infrastrukturun fromalaşmasında son zamanlar xoşagəlməz situasiya yaranıb.
Bu isə NRYTN tərəfindən son zamanlar aparılan qüsurlu tənzimləmə və texniki siyasətin nəticəsidir.
AİF bildirir ki hökumət baş verənlərin təkrarlanmaması üçün dərhal ciddi tədbirlər görməli, telekommunikasiya sahəsində rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün tədbirlər görməlidir.
AİF ölkənin dayanıqlı informasiya təhlükəsizliyi sisteminin, daxili informasiya infrastrukturunun alternativ kanallar və alternativ informasiya şəbəkələri üzərində qurulması üçün sərt tədbirlər görülməsini vacib hesab edir.
Bölgədə 7 saat müddəirndə internetin olmaması ilə bağlı Aztelekom və Delta Telekom indiyədək rəsmi açıqlama verməyiblər.
AİF baş verən hadisənin səbəbləri haqqında ictimaiyyətə rəsmi açıqlamanın verilməsini vacib hesab edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri