Region sakinləri internetsizlikdən şikayət edir

10-08-2018 / 15:00

Son dövrlər ölkə ərazisində internetin keyfiyyəti ilə bağlı ciddi problemlər yaşanır. Hətta bəzi provayderlərin internet təminatında qısa fasilələr də müşahidə olunur. Bir sıra özəl provayderlər isə bu problemin onlardan qaynaqlanmadığını bildirirlər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mətbuata açıqlamasında bildirib ki, internetin aşağı səviyyədə xidmət göstərməsinin əsas səbəblərindən biri dövlət və özəl provayderlər arasındakı rəqabət şəraitinin bərabər olmamasıdır.

Xeberler.az məlumat verir ki, Ucar rayon sakinləri Femida.az-a müraciətlərində rayon ərazisində internetin sürətinin yox dərəcəsində olduğunu bildiriblər.

Belə ki, rayon sakini Kərimov Əvəz Knyaz oğlunun sözlərinə görə, qeyd olunan problem həmişə yaşanıb ancaq, son günlər internetdən istifadə mümkünsüz olub: “Problemlə bağlı dəfələrlə yerli idarəyə məlumat vermişik. Onlardan bir xəbər çıxmır. Problem təkcə bizdə deyil. Rayonda internetin sürətindən bir çox adam narazıdır.Hazırda bizim internetimiz işləmir. Aylıq ödənişimizi də etmişik.”

Sayt məsələni araşdırmaq üçün Aztelecom MMC-nin Ucar Rayon Telekommunikasiya Qovşağı ilə əlaqə saxlayıb. Baş mühəndis Amil Əhmədov məsələnin onlara aidiyyatı olmadığını və baş idarəyə müraciət etməyimizi vurğulayıb: “Həmin abanent Data+ şirkətinin xidmətlərindən istifadə edir.Həmin şirkətdən və qeyd olunan nömrənin sahibindən bizə problemlə bağlı müraciət daxil olmayıb.
Baş mühəndisdən fərqli olaraq abanent dəfələrlə mövcud problemlə bağlı müraciət etdiklərini nəticə əldə olunmadığını bildirir. Qovşağın əməkdaşı daha sonra sualları cavablandırmaqdan imtina edərək məsələnin Aztelecom MMC-ə ilə həll olunmalı olduğunu bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı Aztelecom MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət olunub. Şöbədən verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır və nəticəsi barədə əlavə informasiya veriləcək.

Ucar rayonu ərazisində internet problemi təkcə bununla bitmir. Rayonun Qarabörk kənd sakinlərinin sayta bildirdiyi məlumata görə, günün bu günü belə kənddə internet şəbəkəsi yoxdur. Qarabörk kəndi rayon mərkəzindən 4 km məsafədə yerləşir. Ucar rayon İcra Hakimiyyətinin rəsmi saytına əsasən, kəndin əhalisinin sayı 3857 nəfər təşkil edir.

Göründüyü kimi kənd rayon mərkəzində olduqca yaxın məsafədə yerləşir.Ərazinin internetlə təmin edilməsi hansı səbəbdən gecikir?

Sayt kənd sakinlərinin müraciəti ilə bağlı Aztelecom MMC-nin Ucar Rayon Telekommunikasiya Qovşağı ilə əlaqə saxlamağa cəhd etsə də,suallara cavab verən olmayıb. Mövzu ilə bağlı Aztelecom MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən sayta bildiriblər ki, hazırda kəndlərin internet şəbəkəsi ilə təmin edilməsi prosesləri davam etdirilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə