“Rayonlarda internet zəif olur, evlərə, məktəblərə, birbaşa olaraq kitabxanalara bəzən işıq verilmir”.
Bu barədə Xeberler-az-a kitabxanalarda elektron proqramların tətbiqindən danışarkən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov deyib.
O bildirib ki, problemlərə baxmayaraq kitabxanaların elektronlaşdırılması diqqət mərkəzində saxlanılan mövzulardan biridir:
“Kitabxanalarda elektron sistemlərin tətbiqi ilə bağlı tez-tez müzakirələr aparılır, problemlər araşdırılır. Bu yaxınlarda Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzində keçirilmiş tədbirdə Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, nəinki rayon, hətta kənd kitabxanalarının telefonlaşdırılmasına başlanılmalıdır. 2-3 ay ərzində imkan daxilində bütün ucqar kənd kitabxanaları telefonla təmin olunmalıdır. Bu da o deməkdir ki, telefonun olması birbaşa internet xidmətinə təsir göstərəcək. Məqsəd informasiya resurslarını oxucuya yaxın etməkdir”.
Kərim Tahirov vurğulayıb ki, elektron kitabxana proqramlarının rayon kitabxanalarında tətbiqi prosesi zamanı ən böyük problemlərdən biri internetin olmamasıdır.
“Rayonlarda internet zəif olur, evlərə, məktəblərə, birbaşa olaraq kitabxanalara bəzən işıq verilmir. Bu problemləri nəzərə alaraq Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev onu da tapşırıb ki, mütləq şəkildə bütün kitabxanalar internetlə təmin olunmalıdır. Amma elə bir rayon yoxdur ki, ora optik kabel çəkilməsin. Hər yerdə internet var. Amma kitabxanlar hələ də internetlə təmin olunmayıb”.
Professor qeyd edib ki, ALİSA elektron kitabxana sistemi oxuculara dünya resursları ilə yaxından tanış olmağa kömək edir:
“Oxucularımız bütün dünya resurslarından faydalanmalıdır. Ancaq bunun üçün internet məsələsi ciddi şəkildə həll olunmalıdır. Sürətli internet olmalıdır ki, həm bura, həm dünya kitabxanalarının proqramları eyni anda əlaqəli şəkildə fəaliyyət göstərsin”.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri