Uşaqlarla böyüyən milli saytlar

01-06-2015 / 11:00

İyun ayının 1-i Uşaqların Beynəlxaq Müdafiəsi günü kimi qeyd olunur.

Xeberler.az bu dəfə  “Milli resurslar” rubrikası çərçivəsində uşaqlarla bağlı ölkəmizdə fəaliyyət göstərən milli saytları araşdırıb.

bala.az- saytında uşaqların doğulduğu günə qədər, ilk günündən 7 yaşınadək, onun sağlamlığı, yeməkləri, gündəlik tələbləri, böyüdükcə artan maraqları barədə hər suala cavab tapmaq olar.

balalar-az.com- saytında uşaqlar, onların valideynləri və Azərbaycan uşaq ədəbiyyatı ilə maraqlanan hər kəs üçün yaradılıb.

edugames.az- “Ağıllı bala” uşaq saytının səhifələrində 3-10-a qədər yaşı olan uşaqlar üçün maarifləndirici və inkişafedici fleş oyunlar tapacaqsınız.

bebe.az- uşaq portalında balacalar üçün kitabxana, cizgi filmi, mahnılar və s. tapa bilərsiniz.

pampers.az- saytında uşaqların sağlamlığı, inkişafı və s. haqqında məlumatlar əldə edə bilərsiniz.

ucalma.az- “Üç alma” saytı uşaqlar üçün hekayə, nağıl, lətifə, oyun və s. əyləncəli içəriklərin yer aldığı səhifədir.

unicef.org –saytı Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF)-in Baş Qərargahı tərəfindən tərtib olunmuş nəşrin uyğunlaşdırılmış variantıdır.

bereketnesriyyat.az- Bərəkət Nəşriyyatı uşaq ədəbiyyatı, uşaq dərgiləri hazırlayan nəşriyyatdır. Uşaq nəşriyyatı ilə əlaqəli çoxsaylı kitab və aylıq “Qönçə” dərgisini çap edir.

oyunsayti.az- saytında uşaqlar üçün maraqlı, əyləncəli onlayn oyunlar yerləşdirilib.

anaveusaq.az- saytında uşaqlara, analara aid maraqlı məlmatlar əldə edə bilərsiniz.

petek.az – Müstəqil fəaliyyət göstərən "Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyi qeyri-hökumət uşaq təşkilatıdır. İctimai Birlik 29 aprel 2009-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatından keçib. Uşaqlarla bağlı maraqlı, faydalı məlumatları bu saytdan oxuya bilərsiniz.

asd.az- “Ailələrə Sosisal Dayaq” İctimai Birliyi 15 noyabr 2011-ci ildə Yusifov Qnyaz Bağır oğlu və Yusifova Mətanət Aydın qızı təəfindən təsis edilib. İctimai Birlik 29 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirlliyində Dövlət qeydiyyatına alınıb.

anadili.az- “Əlifbanı öyrənirəm” layihəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Kaspi Təhsil Mərkəzinin birgə layihəsidir. Saytdakı məlumatlar  Azərbaycanda və ölkədən kənarda yaşayan ailələrin 5-10 yaş arası övladları üçün nəzərdə tutulub.

childhelpline.az- Azərbaycan Uşaq Qaynar Xətt Xidmətidir. Uşağa ilkin psixoloji yardım, emosional dəstək, reabilitasiya və bərpa mərkəzlərinə və digər xidmətlərə yönləndirmə, habelə təxirəsalınmaz kömək üçün bu saytda məlumatlar əldə edə bilərsiniz.

bagcam.az- portalının məqsədi valideynlərin istək və arzularına uyğun məktəbəqədər təhsil müəssisəsi tapmasına kömək etmək, həmçinin məktəbəqədər təhsil müəssisələrinin bir mərkəzdən tanıtımını həyata keçirmək və onların öz PR fəaliyyətinin təşkili üçün onlara bərabər imkanlar təmin etməkdir.

Netsafe.az – uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsinə köməklik məqsədilə Azərbaycan İnternet Forumu tərəfindən hazırlanan sayt 

shop.babyplanet.az- saytında körpələrə qulluq, uşaqları yedizdirmək və gəzdirmək üçün vasitələr, onların təhlükəsizliyi, balacaların tədrisi və inkişafına dair məlumatlar əldə edə bilərsiniz.

leylek.az- saytında uşaqlarla bağlı maraqlı məlumatlar oxuya bilərsiniz.

oyunoyna.az- saytında uşaqlar üçün maraqlı, əyləncəli oyunlar tapa bilərsiniz.

portal.azertag.az- “Uşaq Bilik Portalı”nda balacaların fəaliyyəti, tamaşaları, musiqiləri, rəqsləri və s. ilə bağlı xəbərləri izləyə bilərsiniz.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.