Previous Next
Bağla

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016 17:31
Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

Azercell-in  dəstəyi ilə yaradılan və fəliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə bu ilin yanvar-aprel ayları ərzində 1173 zəng daxil olub.

Şirkətdən Xeberler.az-a verilən məlumaat görə,  Qaynar xətt xidmətinə edilən zənglərin sayı hər rüb artmaqdadır. Buna səbəb qaynar xəttə olan etimad, uşaqlar tərəfindən bir-birilərinə ötürülən müsbət təcrübə, habelə Bakı və digər şəhər və rayonlarda aparılan məlumatlandırma kampaniyalarının təşkilidir.

2010-ci ildə Azercell-in dəstəyi ilə Bakıda yaradılan Uşaq Qaynar Xətt-in əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi bu illər ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 15.000 - ə yaxın müraciət daxil olub.

Yönləndirilən zənglərin əksəriyyəti psixoloji və emosional problemlər, ailədaxili münaqişələr, münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil və hüquqi ehtiyaclar və s. ilə bağlı olub.

Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətindən daha çox dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, kobud rəftara məruz qalmış, fiziki və əqli cəhətdən əlilliyi olan, qaçqın və məcburi köçkün olan uşaqlar  istifadə edirlər. Yaradılan qaynar xəttin daha üstün bir cəhəti sözügedən xidmətə müraciət edən uşaqların anonimliyinin qorunmasıdır ki, bu da onların daha səmimi olmasına şərait yaradır.

Digər bir tərəfdən, fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən Uşaq Qaynar Xətt xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə  (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb.

Məlumat üçün bildirək ki, 2014-cü ildən etibarən Azercell-in dəstəyi ilə “Gəncə regional Uşaq Qaynar Xətt” xidməti də təsis edilib. Gəncə regional Uşaq Qaynar Xətti təcrübəli sosial işçilər, psixoloq və hüquqşünasları özündə birləşdirərək Gəncə şəhəri və ətraf rayonlarda yaşayan uşaq və gənclərə və xidmət edir. Yarandığı gündən etibarən Gəncə Regional Uşaq Qaynar Xətt Xidmətinə  600-dən artıq zəng daxil edilib.

“Azərbaycan Uşaq Qaynar Xətti” 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri Təşkilatının qlobal şəbəkəsinin tam hüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidmətləri daxildir. Beynəlxalq Uşaq Qaynar Xətləri təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5% artır.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018

Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

13-06-2018

“Uşaq Qaynar Xətti” xidmətində yenilik

28-11-2016

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019

Qorxma, biz səninləyik!

05-10-2018

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

08-01-2019

Uşaq Qaynar Xətt xidməti artıq qısa nömrədə

16-10-2019

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

28-09-2022

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

Azercell uşaqların qayğısına qalacaq

17-11-2015

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə