Valideyn övladının dərsdə olmasını telefonla izləyəcək- MəktAPP

10-12-2015 / 13:05

Azərbaycanın təhsil sahəsində yeni  proqram hazırlanıb.

Xeberler.az-ın məlumatına görə,  elektron davamiyyət və valideynlərin övladlarını izləməsinə yardımcı olacaq yeni mobil  tətbiq  MəktAPP adlanır.

Qeyd edək ki, tətbiq İT xidmətləri təklif edən CustomAR LLC tərəfindən hazırlanıb.

Bu proqram valideyn və müəllimlər üçün olmaqla iki variantda təqdim edilir.

Valideynlər proqram vasitəsi ilə onlayn olaraq dərhal bildiriş şəklində alacaq:
-övladının dərsdə iştirak edib etməməsi barədə məlumatları
-övladının dərsə hazırlıq səviyyəsi barədə məlumatları
-övladının dərsdə davranışı barədə məlumatları
-müəllimin individual ismarıcları

Proqramda həmçinin şagirdin rüb ərzində nəzərdə tutulmuş dərs cədvəli və fənn müəllimləri barədə tam məlumat öz əksini tapacaq və valideynlər öz telefonlarında övladının bütün dərslərinə nəzarət edə biləcək.

Müəllimlər proqram vasitəsi ilə 

-dərsdə şagird davamiyyəti
-dərsdə şagird hazırlığı
-dərsdə şagird davranışı barədə məlumatları qeyd edəcək və valideynə fərdi ismarıc göndərəcəklər.

Tətbiqi buradan yükləyə bilərsiniz.

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə