Wayra UK Azərbaycan startaplarına 50 min dollar yatırım edəcək

03-03-2016 / 16:04

Məlumat  verdiyimiz kimi, bir müddət əvvəl Bakcell şirkəti AppLab innovativ mobil developer layihəsi çərçivəsində  Böyük Britaniyanın Wayra UK, Telefonica OpenFuture rəqəmsal sürətləndirmə proqramı ilə Azərbaycanda startaplara dəstək məqsədilə müqavilə imzaladı.

Bu yaxınlarda verilən məlumatda qeyd edildi ki, Bakcell Wayra UK, ilə əməkdaşlıq çərçivəsində  mobil developer layihəsi ilə bağlı startaplar üçün böyük tədbir təşkil edəcək.

Bakcell-dən Xeberler.az-a verilən məlumata görə, sözügedən “Wayra Pitch Day” tədbiri aprelin 2-də  Yüksək Texnologiyalar parkında keçiriləcək.

Məlumatda qeyd edilib ki, Bakcell  Azərbaycanın bütün gənc developerləri və sahibkarları üçün yeni imkanların yaradılmasını qarşımıza məqsəd qoyaraq, onları öz ideyalarını təqdim etmək üçün "Wayra Pitch Day" müsabiqəsində iştirak etməyə dəvət edir.

Qeyd edək ki, seçilmiş ideyalar və layihələr AppLab-ın akselerasiya proqramında iştirak etməyə dəvət olunacaq və bu, onların Wayra UK tərəfindən maliyyələşdirilməsinə potensial imkan yaradacaq.

Wayra şirkəti  hər seçilmiş layihəyə investisiyaları 50 min dollar dəyərində yatırım edəcək.

Layihələrin qeydiyyatı bu gün başlayıb və martın 13-nə qədər davam edəcək.

Buradan qeydiyyatdan keçə bilərsiniz. 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.