Previous Next
Bağla

Bakcell startap layihələrinə dəstək verir

04-05-2016 21:56
Bakcell startap layihələrinə dəstək verir

Məlumat verdiyimiz kimi , Bakcell şirkəti özünün AppLab layihəsi ilə əməkdaşlıq edən yerli developerlər üçün müsabiqə (pitch day) təşkil edib.

Xeberler.az məlumat verir ki, Bakcell bununla bağlı rəsmi açıqlama yayıb.

Qeyd edilib ki, Telefonica Open Future proqramının startaplar üçün akselerasiya proqramı hissəsi olan Wayra UK şirkətinə öz layihələrini 11 layihə qrupu təqdim edib:

  1. Flapus
  2. QuizMindUp
  3. BraillePad
  4. Alkredit.az
  5. FoodLook
  6. Ustam
  7. Spinal
  8. Shrippy
  9. Tradimum
  10. MobChannel
  11. Kvotter

 Wayra şirkətinin məsləhətlərinə əsasən, developerlər AppLab akselerasiya proqramının dəstəyi ilə təqdim etdikləri layihələrinin təkmilləşdirilməsi üzərində işləyəcəklər. 2016-cı ilin sentyabr ayında isə onlar öz layihələrini Londondakı Wayra Akademiyasında təqdim edərək, Wayra UK şirkətindən investisiya almaq imkanını qazanacaqlar.

“AppLab layihəsi ilə işləyən developerlərin Wayra UK kimi potensial investorların diqqətini cəlb edə bilməsini görmək bizim üçün olduqca xoşdur. AppLab layihəsinin məzunlarından biri 2015-ci ildə dünyanın 89 ölkəsindən təqdim olunmuş 800 startap ideyası arasında ən yaxşı və parlaq 20 startap layihəsindən biri elan edilib. İndiki zaman Azərbaycanda startap icmasının parlaq gələcəyinin astanası hesab oluna bilər. Milli mobil operator olaraq, biz bu icmanın bir hissəsi olmaqdan fəxr hissi duyuruq və bizim dəyərli tərəfdaşlarımızla birgə yerli developerlərə dəstək göstərmək üçün səylərimizi davam etdirəcəyik” - deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib. 

“Azərbaycandan gələn startap layihələrinin keyfiyyətini görmək çox sevindirici və ruhlandırıcı idi. Şübhəsiz ki, Azərbaycan hal-hazırda telekommunikasiya sənayesi üçün çox maraqlı və cəlbedici bir məkandır. Gördüyümüz layihələrin arasında nəinki yerli bazarda, hətta dünya miqyasında inqilabi potensiala malik olan bir sıra texnoloji biznes layihələri var idi. İndi əsas məsələ bu layihələri gerçəkləşdirmək üçün ciddi səy göstərilməsindən ibarətdir. Wayra və Bakcell şirkətlərinin təşkil etdiyi müsabiqənin (pitch-day) misalında reallaşan beynəlxalq əməkdaşlıqla bərabər kapitala çıxış imkanları artdıqca, bu ekosistem kifayət qədər ümidverici görünür”-deyə Wayra UK şirkətinin Akselerasiya Proqramı Meneceri Harri Deyvis bildirib.

Bakcell və Wayra UK şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarından başlanıb. Bu əməkdaşlığın əsas məqsədi yerli layihələri potensial investorlara və tərəfdarlara nümayiş etdirməkdir. Wayra UK qlobal sahibkarlıq və innovasiya şəbəkəsi olan “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi tanınan bir hissəsidir. Applab, Bakcell və Wayra UK Azərbaycanın bütün gənc developerlərinə və sahibkarlarına öz ideyalarını təqdim etmələrinə və müdafiə etmələrinə imkan yaradırlar.

2012-ci ilin sentyabr ayında İrlandiyada fəaliyyətinə başlamış Wayra şirkəti Telefónica şirkətinin rəqəmsal texnologiyalar sahəsində çalışan startaplar üçün həyata keçirdiyi qlobal akselerasiya proqramının bir hissəsidir. Hal-hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra “bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənib.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Britaniyalı investorlar hansı startaplarımıza maraq göstərir? -Foto

07-09-2016

Startap layihələrimiz Britaniya şirkətinə təqdim olunacaq

04-04-2016

Wayra Pitch Day üçün seçilmiş layihələr açıqlandı

01-04-2016

Britaniya şirkəti hansı startaplara yatırım edəcək?

03-05-2016

Wayra UK Azərbaycan startaplarına 50 min dollar yatırım edəcək

03-03-2016

Bakcell-in rəhbəri:“Azərbaycanın startap bazarında böyük potensial var”

22-07-2016

Bakcell startaplarımızın qlobal bazara çıxmasına dəstək olacaq

11-12-2015

“Bakcell Azərbaycan startapları üçün böyük tədbir təşkil edəcək”

17-02-2016

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

“Xarici investorların Azərbaycan bazarına yatırım etməsinə çalışırıq”

29-01-2016

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018

AppLab növbəti dəfə layihə qəbulu elan edib

25-01-2017

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

Bakcell və INNOLAND İnkubasiya Proqramının iştirakçılarını seçdi

20-06-2019

Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

17-05-2016

Bakcell-dən 5 startapa dəstək-Siyahı

16-02-2018

“Microsoft”-dan Azərbaycanın startap layihələrinə dəstək

31-01-2015

AppLab proqramı üçün 32 startap yarışır

22-01-2018

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

25-04-2018

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

AppLab layihəsinin bir ili tamam olur

08-10-2015

AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

18-07-2018

Bakutel-də iştirak edəcək startaplar -Siyahı

20-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə