Bakcell-in rəhbəri:“Azərbaycanın startap bazarında böyük potensial var”

22-07-2016 / 11:32

Məlum olduğu kimi, Bakcell şirkətinin tərkibində Azərbaycanın startap ekosisteminin inkişafına, gənclərin ideyalarına dəstək verən AppLab layihəsi  fəaliyyət göstərir.

Bir müddət əvvəl Bakcell şirkəti  AppLab innovativ mobil developer layihəsi çərçivəsində  Böyük Britaniyanın Wayra UK, Telefonica OpenFuture rəqəmsal sürətləndirmə proqramı ilə Azərbaycanda startaplara dəstək məqsədilə müqavilə imzaladı.

Qeyd edildi ki, proqramda iştirak edən startaplara mentorların, ekspertlərin, şirkətlərin, ictimai qurumların və investorların daxil olduğu beynəlxalq şəbəkəyə çıxış qazanmaq imkanı yaradılacaq.

Bununla bağlı Bakcell Wayra UK ilə əməkdaşlıq çərçivəsində  mobil developer layihəsi ilə bağlı startaplar üçün Pitch Day təşkil etdi.

Belə ki, aprelin 4-də YTP-da təşkil edilən Pitch Day -də startap layihələrimz Britaniya şirkəti qarşısında təqdimat etdi.

Pitch Day-də 11 layihəmiz iştirak etdi.

Qeyd edilmişdi ki, seçilmiş ideyalar və layihələr AppLab-ın akselerasiya proqramında iştirak etməyə dəvət olunacaq və bu, onların Wayra UK tərəfindən maliyyələşdirilməsinə potensial imkan yaradacaq.

Bakcell-in yeni baş icraçı direktoru  Nikolay Bekers AppLab layihəsi və  bu istiqamətdə görülən işlər barədə Xeberler.az-a ətraflı məlumat verib.

Şirkət rəhəbri qeyd edib ki, ümumiyyətlə, AppLab Azərbaycanın startap bazarının inkişafı üçün üçün uğurlu və unikal layihədir.

Nikolay Bekers deyib ki, Azərbaycanda bazarında startaplarla bağlı çox böyük potensial var:

“Marqlıdır ki, Azərbaycanda gənclər  startap biznesini inkişaf etdirməyə çox həvəslidir. Onlar bu sahənin populyarlığına çalışır”.

Şirkət rəhbəri AppLab çərçivəsində bir çox yeniliklərin olacağından da danışıb:

“Hesab edirəm ki, indi əsas diqqəti  artıq yeni xidmətlərin yaranması və inkişafına  yönəltməliyik. Dünyada trend olan yeni innovasiyaları Azərbaycana  gətirməklə biz əlverişli mühit yaradacağıq. İnanırıq ki, bundan sonra Azərbaycanda da yerli sahibkarlar və  gənclər arasında bu sahə daha da inkişaf edəcək”.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə