WoWoman ABŞ səfirliyi ilə böyük layihəyə başlayır

22-08-2017 / 12:00

WoWoman xanımların inkişaf platforması ABŞ səfirliyinin dəstəyi ilə "WoWoman in Me" adlı layihəsinə start verir.

Xeberler.az-ın məlumatına görə, 10 moduldan ibarət proqram xanımlarda kommunikasiya və idarəçilik bacarığını artırmaq, proaktiv düşüncə tərzini aşılamaq, sahibkar ruhunu aşkara çıxarmaq məqsədi ilə yaradılıb və iştirakçıların fərdi və peşəkar inkişafına dəstək olmağı hədəfləyir.

"WoWoman in Me" proqramında tələbələr və genc peşəkar xanımlar iştirak edə bilər. WoWoman platformasının əksər layihələri kimi, bu proqram da tamamən ödənişsiz olacaq.

Bu proqram WoWoman platformanın təsisçisi Zara Hüseynovanın şəxsi və peşəkar təcrübəsinə, onun Harvard, MIT, Stanford və digər universitetlərdə iştirak etdiyi konfranslarda və təlimlərdə əldə etdiyi biliklərə, TED çıxışına və AIESEC təcrübəsinə əsaslanaraq hazırlanıb.

Sentyabr və oktyabr aylarında keçiriləcək 10 modul başa çatdıqdan sonra növbəti 3 ay ərzində xanımlar fərdi mentorların nəzarəti ilə öyrəndiklərini tətbiq edəcəklər. Mentorlar arasında Microsoft şirkətinin regional direktoru Sərxan Həşimov, tanınmış təlimçi Şəms Mustafayeva, Oracle üzrə ekspert Kamran Ağayev, PASHA Bankın kommunikasiyalar üzrə meneceri Ceyhun Atayev, Barama İnnovasiyalar Mərkəzinin direktoru İmran Bağırov və digər tanınmış 25 peşəkarın adı var.

Müraciət üçün son tarix 5 sentyabrdır. Daha ətraflı məlumat burada.

Qeyd edək ki, WoWoman xanımların inkişafı üçün 2.5 il öncə yaradılmış platformadır və artıq 6500 xanımın iştirakı ilə müxtəlif sahələr üzrə layihələr və proqramlar həyata keçirib. Həmin layihələr arasında Tech-Tech Xanım – İnformasiya Texnologiyaları sahəsini öyrənmək istəyən xanımlar üçün proqramlar, WoWenture – xanımlar üçün sahibkarlıq proqramı, HR Academy, Digital Marketing Academy və s. xüsusi vurğulamaq olar.

Facebook qrupu vasitəsilə WoWoman artıq fəaliyyətinin bir hissəsini online davam etdirir, bu isə regionlarda yaşayan və tədbirlərdə iştirak edə bilməyən xanımların özünü inkişaf etdirməsi üçün təkan verir. Qrup vasitəsilə iştirakçılar təhsil, karyera, fərdi inkişaf mövzularında öz təcrübələrini bölüşür və bir-birlərinə dəstək olurlar.

Qrupun linki burada.

 

 Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.