Yahoo-dan Facebook-a ittiham

23-03-2012 / 11:08

Yahoo internet şirkəti Facebook sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldıraraq onu şirkətin patentlərini qeyri-qanuni istifadə etməkdətəqsirləndirir.

 

Xəbərlər-in verdiyi məlumata görə, sosial şəbəkə Yahoo-nun onlayn-reklam, fərdi məlumatların mühafizəsi və məlumatların ötürülməsi sahəsində patentləşdirilmiş texnologiyasından istifadədə ittiham edilir.

 

Facebook nümayəndələri bildirirlər ki, Yahoo sosial şəbəkənin ənənəvi biznes tərəfdaşıdır və Facebook internet şirkətin “təəccüb doğuran ”hərəkətlərindən özünü qorumaq niyyətindədir.

 

Qeyd edək ki, Yahoo-nun Facebook-a qarşı iddiaları ilə bağlı ilk dəfə cari ilin fevralında məlum olub. O zaman hər iki şirkət nümayəndələri danışıqlar aparmaq üçün görüşüblər. Danışıqlarda reklamın yerləşdirilməsi, xəbərlər lentinin doldurulması, şəxsi funksiyaların və məlumatların idarə olunması texnologiyaları daxil olmaqla, Yahoo-ya məxsus 20 patentin 10-u müzakirə olunub. Yahoo-da görüş barədə ətraflı məlumat verməkdən imtina edərək sosial şəbəkə ilə məhkəmə araşdırmalarının aparılması üçün təkid edəcəklərini qeyd ediblər. 

 
 
Samir

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.