“Aztelekom” İstehsalat Birliyi 01 iyun 2010-cu il tarixdən etibarən genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib. Bu gündən birliyin genişzolaqlı internet xidmətlərinin tarifləri orta hesabla 36% ucuzlaşıb.
“Nobel-T” təşkilatı tərəfindən reallaşdırılacaq layihənin təqdimatı 29.05.2010-cu il tarixində Təhsil Nazirliyində keçirilmişdir. Layihənin konsepsiyası Təhsil Nazirliyi Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasında da artıq müzakirə olunmuş və bununla bağlı zəruri tövsiyələr verilmişdir.
«Twitter» sosial şəbəkəsi 2007-ci ildə Cek Dorsi, Biz Stoun və Evan Villiams tərəfindən yaradılıb. Şəbəkənin hazırda 110 milyondan çox istifadəçisi var. Amma Azərbaycanda «Twitter»ə maraq o qədər də yüksək səviyyədə deyil. «Twitter» ölkəmizdə müəyyən kütlə arasında yayılıb. Qeyri-rəsmi məlumata görə, hazırda Azərbaycanda 2000-ə yaxın «Twitter» istifadəçisi var. Çoxları sosial şəbəkədə qeydiyyatdan keçsə də, ondan istifadə etmirlər.
Türk xakerləri İsrailin rəsmi, ictimai və maliyyə saytlarına iri miqyaslı hücumlara başlayıblar.
Konami PES 2011-in 3 yeni ekran görüntüsünü futbolsevərlərə təqdim edib. Dünyanın ən məşhur PLAY STATİON oyunlarından olan PES bu ilin oktyabr ayında satışa çıxarılacaq.
Sosial şəbəkələr dünyanın nəhəng insan resurslarına çevrildikləri vaxtdan mobil operatorlar sosial saytlara fokuslanıblar.
İyulun 9-da Microsoft Azərbaycan şirkəti Bakıda elektron hökumətin formalaşması məsələləri üzrə konfrans keçirəcək. Konfransda firavan cəmiyyətin yaradılması məqsədilə texnologiya, insan və informasiya resurslarının birləşdirilməsi üçün nəzərdə tutulmuş meydança kimi dövlət xidmətlərinin imkanları müzakirə olunacaq.
Müsabiqənin daha uğurlu yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi tərəfindən bir sıra zəruri tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib
01.06.2010-cu il tarixində Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.Toplantıda AİF tərəfindən RİTN və Delta-Telekom şirkətinə göndərilən sorğulara verilən cavablar, Milli Net –Milli İnternet Mükafatının Əsasnaməsinə edilən dəyişiklik, Google şirkətinə məxsus resurslarda Azərbaycanla bağlı qeydi-dəqiq informasiyaların yayılması haqqında məsələlər müzakirə edilib.
Facebookda keçən həftələrdə açılan və müsəlman aləmində böyük təsir doğuran "Everybody Draw Mohammad Day" adlı qrup rəhbərlik tərəfindən ləğv edilib. Hər kəsi Hz.Muhammedin karikaturasını çəkməyə dəvət edən qrup bunu söz azadlığı ilə bağlamağa çalışırdı.
Azərbaycanda İnternet radioların çox zəif inkişaf etdiyini, bunun da bir çox səbəbləri olduğunu hamımız bilirik. Bu səbəblərdən dolayı onlardan bəziləri isə yaradıldıqdan bir müddət sonra fəaliyyətlərini dayandırmışlar. Müsahibizim gənc təşəbbüskar NEXT FM radiosunun yaradıcısı Murad Qasimovdur. NEXT FM (http://nextfm.tk) Aprel ayının 4-ü 2009-cu ildə ilk demo efirini yayımlayıb. Təqdimatı isə həmin ili may ayında keçirilmiş “KörpüKamp” QHT və Media konfransında olub.
"Google" əməkdaşlarına "Microsoft" şirkətinin "Windows" əməliyyat sistemindən istifadə etməyi qadağan edib. Şirkət bunu öz resurslarının təhlükəsizliyini təmin etməsi ilə izah edir. Xatırladaq ki, Google bu ilin yanvar ayında çinli hakerlər tərəfindən şirkətin kompüter sistemi sındırılmışdı.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya İttifaqının növbəti səlahiyyətli konfransında iştirak edəcək.
İyulun 2-də Cisco “Bölünmüş şəbəkələrdə proqramların iş sürətinin artırılması üçün Cisco WAAS-ın tətbiqi” mövzusunda internet-seminar (vebinar) keçirəcək.
Uzun zamandır gözlənilən Mafia II üçün möhtəşəm bir trailer yaradıldı. NVIDIA PhysX adı verilən traileri mütləq izləyin. 24 Avqustda PC, PS3 və X360 üçün bazara çıxarılacaq Mafia II-nın yeni bir traileri yaradıldı. 2K Czech studiyası tərəfindən istehsal olunan traile, uzun zamandır ki, gözlənilirdi. Yeni yaradılan NVIDIA PhysX trailerdə, Mafia II-nın göstəricilərinə burdan baxa bilərsiz
Bugün səhərdən etibarən əsasən dünya müsəlmanları Facebook səhifələrinə və digər sosial şəbəkələrdə İsraili qınayan şəkillər və statuslar yerləşdiriblər. İnsanlar profillərinə qara şəkil və ya anti-İsrail bayraqları qoyublar. Bəzi istifadəçilər isə Adolf Hitlerin İsrail xalqı haqda dediyi sözləri statuslarına yazıb. Bu reaksiyanın daha da şiddətlənəcəyi gözlənilir.
Google 2010-cu ilin aprelinə qədər dünyanın 1000 ən populyar saytının adlarını açıqlayıb. Siyahıya Facebook sosial şəbəkəsi başçılıq edir. Şəbəkəyə hər gün orta hesabla 540 milyon adam daxil olur.
Müqavilənin şərtlərinə görə peykin inşası müqavilə imzalandığı gündən 26 ay ərzində həyata keçiriləcək və təxminən 87 milyon manata başa gələcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları