“Sinam” şirkəti “IBM Business Partner Solution Provider” statusunu layiq görülüb

01-04-2013

Azərbaycanın "Sinam" şirkəti "IBM Business Partner Solution Provider" statusunu alıb. "ICTnews" xəbər xidməti şirkətin saytına istinadən verdiyi məlumata əsasən, bu status şirkətin fəaliyyətinin və bazardakı müvəffəqiyyətlərinin nəticəsidir.

“Wikipedia” Azərbaycanla bağlı obyektiv məlumatlarla zənginləşdiriləcək

01-04-2013

"Wikipedia" virtual ensiklopediyası Azərbaycanla bağlı obyektiv və dolğun məlumatlarla zənginləşdiriləcək. Belə ki, "İKT ili" çərçivəsində hazırlanan Tədbirlər Planında "Ölkəmizə dair kontentin və "Wikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi" yer alıb.


Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

01-04-2013

Təhsil Nazirliyində "Peşə Seçiminə Dəstək Sistemi" (PSDS) portalının ( www.psds.edu.az ) təqdimatı olub. Təhsil işçilərinin, türkiyəli mütəxəssislərin iştirak etdikləri təqdimat mərasimində Azərbaycanın təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin təhsilin, o cümlədən peşə təhsilinin inkişafına böyük önəm verdiyini bildirib.

"Azərpoçt" “İndeks və ünvanların axtarışı” məlumat bazasını istifadəyə verib

01-04-2013

"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni elektron məlumat bazasını formalaşdıraraq cəmiyyətin istifadəsinə təqdim edib. Bu barədə "xeberler.az" saytına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.


Deputat sosial şəbəkədəki dostları ilə görüşəcək

01-04-2013

Azərbaycan Respublikası Milli Məclisinin deputatı və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradovun növbəti dəfə "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsi və "Twitter" hesabı üzrə dostları ilə görüşü keçiriləcək.

Osman Gündüz: İKT bazarında o zaman uğur əldə etmək olar ki, burada azad rəqabət olsun

31-03-2013

Azərbaycanda İT sektorunun gəlirləri 10 ildən sonra ölkənin ümumi daxili məhsulunun təxminən 10%-ni təşkil edəcək. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. O.Gündüzün fikrincə, ölkədə İKT sahəsində bir sıra tədbirlər görülsə də


Azay Quliyev: “Baş vermiş hadisələri 2 dəqiqədə sosial şəbəkə vasitəsilə öyrənə bilirəm”

30-03-2013

"Hələlik Azərbaycan ictimaiyyəti yeni medianın bütün təfərrüatını tam şəkildə dəyərləndirə bilmir. Bu, artıq yeni fenomendir, yeni texnologiyadır".

StartUplar çox unikal bir sahədir və hətta 2-3 nəfərdən ibarət şirkətə milyonlar gətirə bilər.

29-03-2013

Hesab edirəm ki, 1-2 milyon sərmayə qoyub mağaza açan və ayda 2-3 min manat qazanmaq əvəzinə, ayda 20-50 və hətta 100 min manat qazanmaq hər bir kəs üçün daha maraqlı olardı. Bu imkanlar isə yalnız innovativ seqmentdə mövcuddur.


"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

29-03-2013

"Elektron imza"nın alınması ilə bağlı müraciətlər artıq "Azərpoçt" MMC-nin şöbələrində də qəbul olunur.

“Dilmanc” mətnin səsləndirilməsi sisteminin yeni versiyasını istifadəyə verib

28-03-2013

Dilmanc" layihəsi çərçivəsində mətnin səsləndirilməsi sisteminin yeni versiyası istifadəyə verilib.


Milli StartUpların qeydiyyatına başlanıb

27-03-2013

Milli StartUplar Müsabiqəsinə artıq StartUpların təqdim edildiyi qeyd olunub. Qeydiyyat prosesinin may ayının 10-dək davam edəcəyi bildirilib. StartUpların ilkin qiymətləndirilməsi və yarımfinalçıların müəyyən olunması 25 may tarixinədək davam edəcək.

Türkiyə universitetindən 100 minlik müsabiqə

27-03-2013

Türkiyәnin tәşәbbüskar universitetlәrindәn olan Özyeğin Universiteti, Azәrbaycanlı gәnclәrin iqtisadi vә finans bilgilәrini güclәndirmәk mәqsәdilә “Virtual Birja” müsabiqәsi elan edib.


Gənclərin internet bilikləri artırılır

27-03-2013

Bakı şəhərində “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən təşkil olunan “Kiber Gənclər ll Düşərgəsi”nə start verilib.

Nəqliyyat Nazirliyinin ilk elektron xidmətləri istifadəyə verildi

27-03-2013

Nəqliyyat Nazirliyi ilk 4 elektron xidmətini "Elektron hökumət" portalı vasitəsilə vətəndaşların istifadəsinə təqdim etdi.


Siyasətçilərimiz domen adlarına niyə sahib çıxmırlar? - ARAŞDIRMA

23-03-2013

“Netcraft” analitik şirkətinin mart ayında açıqladığı hesabata əsasən, internetdə 631521198 sayt fəaliyyət göstərir. Hər ötən gün minlərlə yeni saytların yaradılması ilə yanaşı həm də yeni domen ünvanlar alınır.

StartUp Azərbaycan Layihəsi fəaliyyətə başlayır

19-03-2013

StartUp Azərbaycan Layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.


“ASAN xidmət” yeni səlahiyyətlər verildi

19-03-2013

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında və həmin Fərmanla təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə fərman verib.

Nazirlik beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb

19-03-2013

Nazirliyin Məlumat Hesablama Mərkəzi beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) keyfiyyət menecment sistemi üzrə ISO 9001:2008 beynəlxalq standartın tələblərinə uyğun növbəti resertifikasiya auditindən uğurla keçib.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə