Afrikanın cənub-şərqində yerləşən dörd dövlətdə cümə axşamı genişzolaqlı internetə çıxışda problemlər yaşanıb. Məsələ orasındadır ki, qara qitənin şərq sahili boyu uzanan sualtı kabel hələ müəyyən olunmayan səbəbdən zədələnib.
“iPhone” smartfonunun imkanlı istifadəçilər üçün xüsusi versiyası buraxılıb. Dizayner Styuart Xyuz (Stuart Hughes) tərəfindən yeni tərtib edilmiş smartfonun adı “iPhone 4 Diamond Edition”dur.
İngiltərənin Wireless şirkətinin araşdırmasına görə, dünyada son 1,5 ildə 1 milyarddan çox yeni telefon satılıb. Bununla da şirkət, hazırda istifadə edilən mobil telefon sayının 5 milyard olduğunu açıqlayıb.
Google Çinlə olan əlaqələrini möhkəmləndirdi. Şirkət açıqlamasında bu ölkədəki sənədlərinin yeniləndiyini bildirdi. Google bloqunda "Hökümətin İCP lisenziyamızı yeniləməsindən son dərəcə məmunuq. Çindəki istifadəçilərimizə axtarış və yerli məhsullar təqdim etməyə davam etməyi səbirsizliklə gözləyirik" sözləri yer alıb.
Facebook Azərbaycan dili ilk dəfə “Translations” (Tərcümələr) tətbiqetməsində yerləşdirilən çoxsaylı təkliflərdən sonra tərcümə edilə bilməsi üçün 2008-ci ilin oktyabr ayında istifadəçilərə təqdim edildi. İlk tərcüməçilər arasında mən də var idim və o vaxtdan bəri hardasa 30 mindən çox ifadə və söz tərcümə etmişəm və indiyə qədər də tərcümə davam edir.
Baş verənlərlə bağlı dəqiq açıqlama verməsi üçün Facebooka avqustun 11-nə kimi vaxt verilib.
Nokia "casus" elan etdiyi adamı Rusiyanın köməyi ilə tapacağına ümid edir.
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb. Ölkə başçısının “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 17 avqust 2009-cu il tarixli Sərəncamları bu istiqamətdə işlərin sürətləndirilməsinə və yüksək səviyyədə həyata keçirilməsinə güclü təkan verib.
Əvvəl YouTube, sonra isə Apple hücuma məruz qaldı. Ancaq bu saytın da sındırılacağını heç kəs düşünmürdü.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Aztelekom” İstehsalat Birliyinin Abşeron Telekommunikasiya Qovşağı (TKQ) bu ilin I yarımilliyinin yekunlarını açıqlayıb. RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, hesabat dövründə əldə olunan gəlirlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artaraq 1 mln. 431 min manatdan çox təşkil edib.
Böyük Britaniya hökuməti ölkə vətəndaşına qüvvədə olan qanunvericilikdə hər hansı bir dəyişikliyin edilməsi üzə təkliflər irəli sürmək imkanı verən Your Freedom saytını istifadəyə verib. İlk növbədə aktuallığını itirmiş və ləğv edilməsi özəl biznes sektorunun tənzimlənməsi üzrə sərtlik səviyyəsinin azalmasına kömək edəcək qanunları müzakirə etmək təklif olunub.
Təhlükəsizliyin istənilən səviyyədə olmaması səbəbiylə Facebook istifadçiləri kəskin şəkildə azalıb.
“Mozilla Foundation” təşkilatı “Firefox 4” brauzerinin açıq beta-test işlərinin başlandığını elan edib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni versiyaya onlarla dəyişiklik əlavə olunub.
ABŞ-ın “CNN” televiziyası Yaxın Şərq üzrə redaktoru Oktavia Nasiri işdən qovub. Buna səbəb Oktavia Nasirin “twitter” sosial şəbəkəsində yazdığı mesaj olub. “CNN”də 20 ildir çalışan və kanalın ən tanınmış jurnalistlərindən olan Oktavia Nasir “twitter”dəki səhifəsində Livanda iki gün əvvəl dəfn edilən şiə lider Hüseyn Fadlallah haqqında “Hizbullah”ın böyük sayğı durduğum nəhənglərindən biri” sözlərini yazıb.
Yadellilərin gəlişi nəqliyyatın iflic olmasına səbəb olub. Təyarrə reisləri təxirə salınıb, aeroportun işçiləri və sərnişinlər binanı tərk edib.
Qonşu ölkə texnologiyalar sahəsində irəliyə doğru uğurla addımlayır. İslam dövlətlərini də bu sahədə əməkdaşlığa dəvət edir.
“Bluetooth SIG” təşkilatı “Bluetooth 4.0” simsiz standartın spesifikasiyasını təsdiqləyib. “Bluetooth»un yeni versiyası elektrik enerjisinin daha az sərfinə yönəldilib. Beləliklə, artıq “Bluetooth” modullu qurğu istehsalçıları testləşdirmə və sertifikasiya üçün onun tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə hazırlanmış yeni standart əsasında qurulmuş həllərini təqdim edə bilərlər. Məhz bundan sonra “Bluetooth 4” qurğuları bazara çıxarıla bilər.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası “Xalq Kompüteri” layihəsinə qatılmaq imkanı əldə edib. Layihənin icraçılarından biri olan “Bestcomp Group” şirkətindən APA-ya verilən məlumata görə, bu yaxınlarda “Bestcomp Group” və Naxçıvan MR İnternet Mərkəzi arasında “Xalq Kompüteri” layihəsinin Naxçıvanda genişləndirilməsi məqsədilə müqavilə imzalanıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları