"Azerfon-Vodafone" rouminq əhatəsini 120 ölkəyə çatdırıb

18-02-2011

Azərbaycanın ən gənc mobil operatoru "Azerfon-Vodafone" 2010-cu ildə rouminq sazişlərinin sayının artmasını bildirib. "Azerfon" şirkətinin mətbuat xidmətindən bildirilib ki, 2010-cu ildə "Azerfon-Vodafone" rouminq əhatə dairəsini 220 operatora qədər genişləndirib və "Japan Softbank", "USA AT&T", "Canada Rogers" kimi operatorlar ilə yeni rouminq sazişləri imzalanıb. İndi "Azerfon-Vodafone" müştəriləri sərfəli və

Əli Abbasov : “Aztelekom”un qiyməti 1 milyard dollardan çoxdur”

15-02-2011

“Əsas məqsədimiz 2020-2025-ci illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində gəlirlərin neft sektorundan əldə olunan gəlirlər səviyyəsinə çatması, gələcəkdə isə neft gəlirlərini üstələməsidir”. Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bunu “RBK daily” qəzetinə müsahibəsində söyləyib.


“Azercell” “Zərif imzalar” kitabını təqdim edib

15-02-2011

Şirkətdən verilən məlumata görə, kitab dünyada ən ağır və məsuliyyətli sənətlərdən biri olan jurnalistikanın qadın nümayəndələrinə həsr olunub. Azərbaycanın xanım jurnalistlərinin fəaliyyətindən bəhs edən bu toplu Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova tərəfindən tərtib olunub. “Zərif imzalar”ın ikinci cildi də çapa hazırlanır. Artıq Amerika, Türkiyə, London kitabxanalarının hər birinə “Zərif imzalar”ın 20 nüsxəsi hədiyyə olunub. Yaxın günlərdə isə kitab Amerika universitetlərinin kitabxanalarına da hədiyyə olunacaq.

Azerfon-Vodafone “Xalq Kompüteri” layihəsinə qoşuldu

14-02-2011

Azərbaycanda 3G xidmətini təqdim edən ilk mobil operator Azerfon-Vodafone yüksək sürətli İnternet xidmətlərini “Xalq Kompüteri” layihəsi çərçivəsində müəllimlərə, tələbələrə və məktəb şagirdlərinə təqdim edib.


«Azercell»in abunəçi bazasının artım tempi kəskin azalıb

12-02-2011

Son illər ərzində Azərbaycanın «Azercell Telecom» mobil rabitə operatorunun abunəçi bazasının artım tempi üzrə mənfi dinamika müşəhidə olunur.

“Azercell” 2010-cu ilin hesabatını verdi

10-02-2011

Fevralın 9-da keçirilən mətbuat konfransında “Azercell Telekom” MMC 2010-cu ilin nəticələri haqqında mətbuatı məlumatlandırıb. Hal-hazırda şirkət Azərbaycanın mobil rabitə bazarının 54,6%-nə nəzarət edir. Son bir il ərzində 300 minə yaxın insan öz seçimini “Azercell”in üzərində saxlayıb. 2010-cu ilin sonuna bu operatorun 4 milyon 207 min nəfərlik abonenti vardı, - şirkətdən daxil olan məlumatda belə deyilir. Mətbuat konfransında açıqlanan məlumata görə, 2010-cu ildə “Azercell” dövlət büdcəsinə təqribən 114,6 milyon ABŞ dolları, 14 il ərzində isə təqribən 868,2 milyon


“Azercell”in rəsmi bloqu istifadəyə verilib

10-02-2011

Azərbaycanın mobil operatoru olan “Azercell”in rəsmi bloqu istifadəyə verilib. Xeberler.az xəbər verir ki, http://blog.azercell.com/ ünvanında Azercell-lə bağlı ən son məlumatlar yerləşdiriləcək. Şirkətin ictimaiyyətlə əlaqələr departamentinin müdiri Ülviyyə Həsənzadə bloqda bu haqda yazıb: “Burada sizin mənə müxtəlif suallar vermək imkanınız olacaq və mən söz verirəm ki, bir dəfə mütləq bura bizim müdirimizin

Nar Mobile rabitə çıxışı olmayan Masallı sakinlərinə dəstək oldu

10-02-2011

Masallıda ATS binasının partlayışı nəticəsində şəhərdə stasionar rabitə xidmətində fasilə olmuş və yerli sakinlər əsasən mobil rabitə xidməti vasitəsilə əlaqə saxlayıblar. Tələfata səbəb olan qəza və regionda rabitəyə artmış ehtiyacı nəzərə alaraq Nar Mobile Masallı sakinlər olan yeni abonentlər üçün 50 video/danışıq dəqiqəsi və 50 SMS təklif etmək qərarına gəlib. Təklif fevralın 09-dan fevralın 23-dək etibarlıdır. Pulsuz təklifdən yararlanmaq üçün yeni abunəçilər şəxsiyyət vəsiqələri ilə Nar Mobile-ın Masallıdakı diller və distribyutor məntəqələrinə müraciət etməlidirlər.


Azərbaycan 4G xidmətinin tətbiqinə görə dünyadakı ilk ölkələrdən olacaq

09-02-2011

Azərbaycan 4G xidmətinin tətbiqinə görə dünyadakı ilk ölkələrdən biri olacaq. Bunu “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan deyib. Şirkət rəhbəri qeyd edib ki, artıq bu xidmətin tətbiqi üzrə hazırlıq işləri gedir:

“Bakcell”in rəhbəri dəyişdi

08-02-2011

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkətinin baş direktoru xanım İneke Botter vəzifəsində fəaliyyətini başa çatdırıb. Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, Bakcell-in Kommersiya Direktoru Krasimir Genovun sözlərinə görə, şirkətin fəaliyyətini idarə etmək məqsədilə Direktorlar Şurası tərəfindən müvəqqəti İdarəetmə Komitəsi yaradılıb. Bakcell həmçinin cənab Yığıt Berktaşın baş texniki direktor vəzifəsinə təyin edildiyini elan edib. Yiğit Berktaş telekommunikasiya


Bakıda telefon konturlarının satış qiyməti niyə bahalaşıb?

07-02-2011

Mobil telefonların danışıq kartını haradan almalı? Şirkət aydınlıq gətirdi... Bakı şəhərinin dükan və marketlərində mobil telefon konturlarının qiymətində bahalaşma müşahidə olunub.Simsim konturların satış qiyməti 10-20 qəpik bahalaşıb. Satışda olan bir manatlıq

«Bakcell» şirkəti «SMS Viktorina» kampaniyasına başladı

05-02-2011

Azərbaycanın ilk mobil operatoru olan «Bakcell» şirkəti müştərilər üçün «SMS Viktorina» kampaniyasına start verib. Şirkətdən verilən məlumata görə, kampaniya «Bakcell» abunəçilərinə «Porsche Cayenne» avtomobilini və digər qiymətli hədiyyələri qazanmaq imkanı yaradacaq. «Cin», «Klass» və «Gold» fərdi abunəçiləri daxil olmaqla, bütün «Bakcell» abunəçiləri viktorinada iştirak edə bilərlər. Viktorinaya qoşulmaq istəyənlər 333 qısa nömrəsinə SMS göndərib, qısa suala cavab verərək hər gün 1 000 manat və hər həftə 2 000 manat qazanmaq imkanını əldə edəcəklər


NAZİRİN TƏNQİDİNƏ “AZERCELL”dən CAVAB GƏLDİ

25-01-2011

İki gün öncə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda fəaliyyət göstərən mobil operatorları kəskin tənqid edib. Ə.Abbasov bildirib ki, ölkədə fəaliyyət göstərən mobil operatorların qiymət sistemi şəffaf və qənaətbəxş deyil, onlar beynəlxalq və rouminq danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq edirlər: “Tariflər çox vaxt bəlkə də qəsdən mürəkkəbləşdirilmiş şəkildə olur və istehlakçılar bundan əziyyət çəkirlər”.

«Bakcell» və «Azercell» yaxın vaxtlarda 3G texnologiyası üzrə xidmətlərə başlayacaq

22-01-2011

Yaxın vaxtlarda «Bakcell» və «Azercell» şirkətləri də 3G texnologiyası üzrə xidmətlər göstərmək üçün lisenziya alacaq. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, artıq hər iki şirkət lisenziya almaq üçün hazırlıqları başa


Cib telefonu abunəçilərinin sayı 5 milyarda çatır

14-01-2011

Dünyada mobil rabitə abunəçilərinin sayı 4 miyard 800 milyon nəfəri ötüb. Xeberler.az Milli.Az xəbər portalına istinadən xəbər verir ki, bunu Qlobal Mobil Tədarükçülər Birliyi (GSA) açıqlayıb. Birliyin hesabatında deyilir ki, 3G-dən daha sürətli təmas imkanı yaradan 4G (Fourt Generation/dördüncü nəsil, yaxud da LTE/Long Term Evolution) investisiyaları da dayanmadan artır. Ötən iki ildə dünyanın 70 ölkəsindəki 180 operator 4G-yə investisiya yatırıb, 17 4G şəbəkəsi istifadə verilib. Dünyada 4G xidmətinə başlayan ölkə, operator və xidmətin istifadə verilmə tarixləri belədir:

“Azercell”in prezidenti Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb

12-01-2011

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin prezidenti Əli Ağan Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb. Şirkətdən verilən məlumata görə, 2010-cu ilin dekabr ayında “Azercell”in 2011-ci il üçün Tələbə Təqaüdü Proqramının qalibləri müəyyən olunub. Mərhələli seçim prosesinin sonunda 7 tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb. «Azercell»in prezidenti Ali Ağan Təqaüd Proqramının qalibləri olan tələbələrlə görüşüb. Görüş zamanı


“Azərbaycanda 9,1 milyon mobil abunəçi var”

06-01-2011

2010-cu il informasiya-kommunikasiya texnologiyaları (İKT) və poçt sektoru üçün uğurlu il olub. XEBERLER.AZ-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, ilkin nəticələrə görə, ötən il ərzində bu sahədə əldə olunan gəlirlərin həcmi 2009-cu ilə nisbətən 31,3% artaraq 1158,9 milyon manata çatıb. 2010-cu ildə rabitə və informasiya

Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

02-01-2011

Azərbaycanda ilk mobil operator olan Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş etmək məqsədi ilə “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi ilə birgə “Mənim arzu SMS-im” kampaniyasını həyata keçirib. 26-30 dekabr tarixlərində keçirilən kampaniyanın məqsədi kimsəsiz uşaqların Yeni il arzularını yerinə yetirmək olub. Uşaqların Yeni ilini Şaxta babasız təsəvvür etmək olmaz. Kampaniya zamanı Bakı və Quba şəhərlərində yerləşən dörd uşaq evində quraşdırılan Bakcell telefonları vasitəsilə uşaqlar Şaxta babaya öz arzu SMS-lərini göndəriblər. SMS-lər toplandıqdan sonra Şaxta baba uşaq evlərini






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə