«Azəriblog» yeni serverə köçürülür

06-08-2009 / 16:17

Azərbaycanda populyar blog saytı "AzəriBlog"da son bir neçə gündə problemlər yaranıb. Qısa zamanda 15 min şəxsin pulsuz olaraq blog açdığı bu sistemdə server problemi yaranıb.

Hal-hazırda sayta daxil olan istifadəçilər və blog sahibləri "Blogda heç bir yazı mövcud deyil" xəbərdarlığı ilə rastlaşırlar. Bu isə xüsusən blog sahiblərinin narahatçılığına səbəb olub.

Saytın rəhbəri Fərhad Əsgərzadə Qaynar.info-ya bildirib ki, blog sahibləri narahat olmasınlar: "Sayt sürətlə böyüdüyündən hazırkı server artıq buna tab gətirmir. Hazırda "Azəriblog"u yeni serverə köçürməklə məşğuluq və ən yaxın müddətdə problem aradan qalxacaq. Blogçulardan və istifadəmilərdən müvəqqəti narahatlığa görə üzr istəyirik. Onu da deyim ki, bloglardan heç bir yazı silinməyib. Bütün yazılar arxivlərdə saxlanılır. Server yenilənən kimi problem həllini tapacaq".

Qeyd edək ki, azeriblog.com saytında hər bir insan pulsuz bloq yaratmaq imkanına malikdir. Burada limitsiz şəkil və yazı yükləmək, paylaşmaq, aylıq yazı və bölmə arxivləri yaratmaq, RSS xəbər xidməti və başqa xidmətlərdən yararlanmaq olur.Hazırda "Azəriblog"da 15066 blog, 12902 fəal bloqçu, 152229 yazı var.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə