«Sony Walkman» kaset pleyerlərinin istehsalını dayandırıldı

27-10-2010 / 09:10

Yaponiyanın «Sony» korporasiyası «Walkman» kaset pleyerlərinin istehsalını dayandırıb.

Bazara çıxarılmış son partiya satıldıqdan sonra bir zamanlar çox populyar olan bu pleyerlər həmişəlik tarixə qovuşacaq. Bununla belə, «Sony Walkman» brendi altında flaş-yaddaşlı audiopleyerlərin, CD və mini-disk pleyerlərinin istehsalını davam etdirəcək.

Qeyd edək ki, 2009-cu ildə «Sony Walkman» pleyerlərinin 30 yaşı tamam olub. Belə ki, ilk TPS-L2 pleyeri Yaponiya bazarına 1979-cu ilin iyul ayının 1-də çıxarılıb. Hələ 1980-ci illərdə şou-biznes ulduzlarının iştirakı ilə fəal reklam kampaniyası hesabına «Walkman» gənclərin ən dəbdə olan atributlarından birinə çevrilmişdir. Lakin portativ CD-audiotexnikanın, sonradan isə yaddaş həcmli mediapleyerlərin inkişafı ilə kaset qurğuları vaxt ötdükcə «itməyə» başlayıb.

Xatırladaq ki, indiyədək dünyada 220 mln. ədəd «Sony Walkman» pleyeri satılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.