Previous Next
Bağla

“ASAN xidmət”in “RoboCode” düşərgəsi başa çatıb

08-04-2025 17:05
“ASAN xidmət”in “RoboCode” düşərgəsi  başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “RoboCode” robotik kodlama düşərgəsi yekunlaşıb.
 
Xeberler.az bildirir ki, komandalar tərəfindən hazırlanan robot prototipləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə əsasən 1-ci yerə “A4T” komandası, 2-ci yerə “Medbot” komandası, 3-cü yerə isə “Waymate” komandası layiq görülüb.
 
Qalib komandalara mükafatlar təqdim olunub həmçinin onlar “Bilişim Vadisi” kampusunda və “SAHA Robotics” şirkətində təcrübə keçmək hüququ qazanıblar.
Bir ay davam edən düşərgəyə ümumilikdə 321 nəfər müraciət edib və kriteriyalara əsasən seçilmiş 70 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Təlimlərə “ROS-un əsasları”, “Robotların simulyasiyası”, “Robot hərəkət sistemləri” və digər texnoloji mövzular daxil olub.
 
“RoboCode” düşərgəsi 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq Memorandumuna əsasən ölkəmizdə artıq ikinci dəfə təşkil olunur.
 
Əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşmaq və karyera qurmaq istəyən gəncləri “ROS” (Robot Operating System) ekosisteminə dair bilik və bacarıqlarla təmin etməkdir. İnnovativ həllərin təşviqi ilə iştirakçılara bu sahədə layihələrini inkişaf etdirməyə dəstək göstərmək də prioritet istiqamətlərdəndir.
 
 
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"RoboCode” robotik kodlama düşərgəsinə start verilib

03-03-2025

“ASAN xidmət” gəncləri robototexnika sahəsində bir araya gətirəcək

27-01-2025

“ASAN xidmət”in “DIGIAGE BAKU 2024” rəqəmsal oyun düşərgəsi baş tutub

23-09-2024

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

Rəqəmsal oyun düşərgəsi başa çatdı-Fotolar

11-09-2023

“Bilişim Vadisi”nin nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub

12-09-2023

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

DIGIAGE - Bakı 2025” rəqəmsal oyun düşərgəsi keçiriləcək

15-10-2025

“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

24-01-2025

KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcək

10-07-2023

“Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş keçirilib

15-02-2024

BANM tələbələri “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunublar

30-01-2025

KOBİA və Bilişim Vadisi Bakı “Gənc startap” sahibkarlıq təlimlərinə start verdi

15-02-2024

"Aquahack" hakatonunun qalibləri müəyyənləşib

07-07-2020

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

"Green Hackathon 2024" layihəsi başa çatıb

30-10-2024

Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

07-03-2024

Türkiyədə "Bilişim Vadisi Bakı" açıldı

04-05-2023

AzTU tələbələrinin startap layihəsi qalib oldu

07-07-2023

Naxçıvanlı şagirdlər VII Robot Olimpiadasında qalib olublar

22-09-2024

Hackathon Şamaxı uğurla başa çatdı

13-02-2020

Hackathon Gəncə başa çatıb

28-09-2019

“Bilim Bakı” mərkəzinin şagirdləri beynəlxalq robot olimpiadasının qalibi olublar

25-11-2024

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə