Previous Next
Bağla

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

07-10-2024 10:53
“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti "Türkiyə Texnologiya Komandası" - T3 Fondunun dəvəti ilə Türkiyənin Adana şəhərində keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirak edib.
 
Xeberler.az məlumat verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev nümayəndə heyəti ilə birlikdə festivalda finala yüksələn və ölkəmizi təmsil edən bütün komandalarla görüşüb, onları təbrik edib və uğurlar arzulayıb. O, komandaların göstərdikləri səyləri yüksək qiymətləndirərək yeni nailiyyətlər üçün əzmlə çalışmağı məsləhət görüb. Qaliblərə yeni zirvələrə çatmaları və beynəlxalq arenada Azərbaycanı uğurla təmsil etmələri üçün dəstəyini ifadə edib.


Festivalda Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "Bilim Bakı" mərkəzi də stendi ilə çıxış edib.

“Bilim Bakı” Mərkəzi “TEKNOFEST”in Azərbaycandakı koordinatorudur. Belə ki, festivalda ölkəmizi təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar müxtəlif mərhələlər üzrə hazırlıq prosesini bu mərkəzdə keçiblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib. Mərkəzin stendində festivalı ziyarət edən qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib, 6-14 yaş arası uşaqlara astronomiya, kosmos və aviasiya mövzularında təlimlər keçirilib.

2018-ci ildən etibarən təşkil olunan "TEKNOFEST" innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətinin cəlb olunması və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də olub

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də olub

22-09-2025
 “İnnovasiyalar Mərkəzi”nin direktoru “TEKNOFEST”də iştirak edib

“İnnovasiyalar Mərkəzi”nin direktoru “TEKNOFEST”də iştirak edib

05-05-2025
“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

19-02-2025
Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur   

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022
Azərbaycan Texnologiya Festivalında təmsil olunur

Azərbaycan Texnologiya Festivalında təmsil olunur

18-09-2019
“TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib.

“TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib.

27-01-2024
AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022
  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib   

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022
“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

16-01-2025
BDU-da tələbələr “TEKNOFEST-2025” barədə məlumatlandırılıb

BDU-da tələbələr “TEKNOFEST-2025” barədə məlumatlandırılıb

14-01-2025
Azərbaycan Türkiyədə keçiriləcək Aerokosmik və Texnologiya Festivalına 11 startapla qatılacaq

Azərbaycan Türkiyədə keçiriləcək Aerokosmik və Texnologiya Festivalına 11 startapla qatılacaq

27-08-2021
“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023
AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

26-05-2022
BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

02-05-2025
Ekspert: Nə üçün "İnnoland"dan heç bir startap "Teknofest"də iştirak etməyib?

Ekspert: Nə üçün "İnnoland"dan heç bir startap "Teknofest"də iştirak etməyib?

05-10-2021
İstanbulda növbəti TEKNOFEST-ə start verilib

İstanbulda növbəti TEKNOFEST-ə start verilib

17-09-2025
AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022
         Bakı Ali Neft Məktəbinin  5 komandası “Teknofest”in finalında

Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

28-03-2023
İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

06-09-2023
ASAN xidmət beynəlxalq konfransda təqdim olundu

ASAN xidmət beynəlxalq konfransda təqdim olundu

30-10-2015
“Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb

“Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb

14-05-2025
“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

19-09-2024
"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

15-12-2025
Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

22-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə