Previous Next
Bağla

“Azcloud” bulud infrastrukturu əsasında videokonfrans xidmətinin tətbiqinə başlanılıb

06-05-2020 10:36
“Azcloud” bulud infrastrukturu əsasında videokonfrans xidmətinin tətbiqinə başlanılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “Azcloud” bulud infrastrukturu sayəsində “servis olaraq videokonfrans” (VCaaS) xidməti Azərbaycanda da ilk dəfə olaraq həyata keçirilməyə başlanılıb. Artıq istənilən şirkət və ya qurum məsafənin uzaqlığından asılı olmayaraq istər qlobal, istərsə də respublika səviyyəli fasiləsiz video toplantılar keçirərək fəaliyyətinin yüksək səviyyədə davam etməsinə nail ola bilər.

Xeberler.az bildirir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 40-dan artıq ölkənin və beynəlxalq təşkilatların iştirakı ilə keçirilmiş Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfransının təşkili üçün hazırlıq məqsədilə təməl proses və prosedurlar hazırlandı. Videobağlantı, təhlükəsizlik, videobağlantı zamanı davranış qaydaları və sinxron tərcümə üzrə təlimatlar təmin edildi. “AzInTelecom” xarici ölkə nümayəndələrinin də videotədbirə düzgün qoşulması, dayanıqlı bağlantının yaradılmasını təmin etmək üçün müvafiq ölkələrə xüsusi dəstək göstərdi.

Koronavirus pandemiyasının geniş vüsət aldığı ilk dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan prezidentləri, Macarıstanın Baş naziri, Türk Şurasının Baş katibi, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə ümumilikdə 9 iştirakçıdan ibarət Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının beynəlxalq səviyyədə videokonfransı da dayanıqlı və şifrli bağlantı üzərindən baş tutdu.

“AzInTelecom”un texniki və texnoloji dəstəyi, funksional sistemin düzgün qurulması sayəsində koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş Türk Şurasına üzv dövlətlərin səhiyyə və nəqliyyat sahəsi üzrə nazirlərinin videokonfransında da davamlı və keyfiyyətli canlı bağlantı yaradıldı, bulud texnologiyaları əsasında görüş keçdi.

​Qeyd edək ki, “AzInTelecom”un TIER III beynəlxalq sertifikatına malik Data mərkəzi əsasında yaradılmış “Azcloud” bulud xidmətlərinin “Cisco” videokonfransı üzərindən bulud həlləri, tam rezervlənmə, dayanıqlı və şifrli bağlantı sayəsində birinci videokonfransı ilkin pandemiya dövründə təşkil olunub və 80-dən artıq ölkənin ​ beynəlxalq səviyyəli videokonfransları izləmə imkanı yaradılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin infrastrukturunun keyfiyyəti, etibarlılığı və davamlılığı, eləcə də kvalifikasiyalı işçi heyəti sayəsində qurumun nəzdində yaradılmış “Azcloud” istənilən digər videotədbirlərin keçirilməsinə hazırdır və ən qısa zamanda qüsursuz həll yolları təmin edə bilir.

Qeyd olunan beynəlxalq səviyyəli tədbirlərin gedişatının həm ən ciddi xüsusi təhlükəsizlik standartlarına cavab verəcək şəkildə şifrlənməsi, həm də canlı rejimdə yüksəkkeyfiyyətli yayımı təmin olunur. Təhlükəsiz bulud həlləri, videokonfransların
təşkilində püxtələşmiş “AzInTelecom” artıq qitələrarası səviyyədə beynəlxalq görüşün keçirilməsində böyük rol oynayır. Məhz şirkətin yüksəkkeyfiyyətli xidmətləri və peşəkar işçi heyəti sayəsində videokonfranslarda qüsursuz bağlantı yaradılır və bu da videotədbirlərin uğurla nəticələnməsinə səbəb olur.

Şirkət 24/7 rejimində çalışan texniki dəstək xidmətinin fəaliyyəti ilə nəinki lokal, hətta beynəlxalq səviyyədə yüksək səviyyəli dəstək xidmətini göstərməyə malikdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” pandemiya dövründə də uğurlu fəaliyyətini davam etdirir

17-08-2020

“AzInTelecom” “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib

23-09-2020

“AZCLOUD” “Əlavə dəyər xidmətləri”ni təqdim edir

21-12-2020

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “AZCLOUD”un müştəriləri sırasına daxil oldu

24-12-2020

“AzInTelecom”un dəstəyi ilə yaradılan “Hydro Heroes” tətbiqi istifadəyə verilib

26-04-2021

“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil olunacaq

18-12-2020

AzInTelecom əlverişli şərtlərlə bulud xidmətini təqdim edir

12-04-2019

AzInTelecom kibertəhlükəsizliyin qorunması üzrə müştərilərinə kompleks həll təklif edir

07-03-2019

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020

“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

30-06-2021

“AzInTelecom” “Veeam Software” şirkətinin Gümüş Tərəfdaşı statusunu alıb

04-11-2020

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021

“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

05-03-2020

AzInTelecom Kasperski Lab-ın rəsmi partnyoru oldu

25-02-2019

“Azcloud” bulud xidmətləri fəaliyyətini fasiləsiz davam etdirir

22-04-2020

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020

Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

23-05-2023

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022

“AzInTelecom” “AzInCloud” platformasını istifadəyə verib

29-11-2024

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

05-03-2021

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022

“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb

06-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə