Previous Next
Bağla

“Azercell Telekom” MMC sosial yönümlü “Barama” lahiyəsinə start verdi

11-09-2009 18:31
“Azercell Telekom” MMC sosial yönümlü “Barama” lahiyəsinə start verdi

“Azercell Telekom” MMC sentyabrın 11-dən etibarən “Barama” layihəsinə start verir. İnformasiya Kommunikasiya Texnologiyaları ilə bağlı yaradıcı və yenilikçi ideyaların inkişaf etdirilməsinə yönələn layihənin icrasını həyata keçirməkdə “Azercell”-in məqsədi təkcə telekommunikasiya sahəsində yeni həllər və yenilikləri təqdim etmək deyil, eyni zamanda ölkənin sosial rifahına və iqtisadi inkişafına öz töhfəsini verməkdir.

Sözügedən layihənin əsas hədəfi yeni ideyaları tədqiq etmək, onları daha da mükəmməlləşdirərək inkişaf etdirmək və son nəticədə reallığa çevrilməsini təmin etməkdir. Bu məqsədlə “Azercell” şirkəti xüsusi olaraq “Barama” layihəsinin iştirakçıları üçün nəzərdə tutulmuş yeni bir ofisin istifadəyə verilməsinə və bu ofisdə ideyalarını inkişaf etdirmələri məqsədi ilə iştirakçılar üçün bütün zəruri imkanların yaradılmasına dair qərar qəbul edib.

“Barama” layihə ofisi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və əməkdaşlığı nəticəsində yaradılmışdır. İçərişəhərdə yerləşən və eyni vaxtda təxminən 20 layihə iştirakçısının fəaliyyət göstərməsi üçün nəzərdə tutulan bu ofis ən müasir avadanlıqlarla təchiz ediləcək.

Azərbaycan xalqının mədəni, tarixi, memarlıq və etnoqrafik irsinin incisi olan İçərişəhər minillərlə burada fəaliyyət göstərmiş yaradıcı insanların əməyi nəticəsində formalaşmışdır. Bu baxımdan müasir günün tələblərinə uyğun informasiya texnologiyaları sahəsində çalışan gənc ixtiraçıların dəstəklənməsinə və bununla da İçərişəhərin timsalında “Keçmişdən – Gələcəyə” konsepsiyasının həyata keçirilməsinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən xüsusi diqqət verilir.

Layihədə iştirak etmək üçün maraqlanan şəxslər www.azercell.com/barama internet səhifəsində yerləşdirilən anket-ərizəni onlayn rejimdə dolduraraq, orada göstərilən əlavə sənədləri təqdim etməklə öz ideyalarını “Azercell”ə göndərə bilərlər. Onu da qeyd edək ki, ərizələr davamlı olaraq qəbul edilir, bu isə o deməkdir ki, ideyaların təqdim edilməsi üçün heç bir son tarix müəyyən olunmayıb. Əsas gözlənti ondan ibarətdir ki, təklif olunan ideyalar müəyyən dəyərləri, yaradıcılıq, yenilik, sosial-iqtisadi faydalar və s. kimi xüsusiyyətləri özündə əks etdirəcək.

Müraciətlər təqdim olunduqdan sonra, “Azercell” şirkəti tərəfindən təklif olunan ideyaların qiymətləndirilməsi aparılacaq və müraciət edən şəxslərə müvafiq ideyalarının qəbul edilib edilməməsi barədə məlumat veriləcək. Aparılan qiymətləndirmə nəticəsində ideya “Azercell” tərəfindən qəbul edilərsə, ideya sahiblərinə təklif etdikləri ideyaların üzərində işləmək və onları inkişaf etdirmək üçün “Azercell”in yeni yaradılan “Barama” ofisində iş yeri ayrılacaq. İdeyalarının inkişaf etdirilməsi üzərində işlədikləri müddətdə iştirakçılara “Azercell” şirkəti tərəfindən aşağıdakı dəstək təmin ediləcək:

- “Barama” layihə ofisində iş yeri
- Zəruri əlaqə vasitələri və avadanlıq
- Yüksək sürətli internet, kompüter
- Müxtəlif peşəkar təlimlər
- “Azercell”in işçiləri tərəfindən Marketinq, Maliyyə, Hüquq, İT və digər sahələrdə texniki dəstək
- “Azercell”in Baş Müdirlik şöbəsinin əməkdaşlarından ibarət xüsusi komandanın peşəkar dəstəyi
- İdeyanı “Azercell” avadanlığı üzərində test etmək imkanı

Təklif edilən ideyanın mürəkkəbliliyindən asılı olaraq, iştirakçılara ideyalarını tam yetkin vəziyyətə çatdırmaları üçün müəyyən vaxt veriləcək. İdeya həyata keçirilmə üçün hazır olduqda, ideyanın müəllif hüquqları iştirakçının özündə qalacaq və bütün müvafiq (tətbiqi) hüquqi qanun və qaydalar nəzərə alınacaq. İştirakçılar müvafiq ideyalarının inkişaf etdirilməsini tamamladıqca layihəni tərk edəcək və boş yerlər yeni namizədlərə veriləcək. Nəticədə, ofisdə işlənən ideyaların davamlı olaraq yenilənməsi təmin ediləcək.

Beləliklə, insan yaradıcılığı və “Azercell”in zəngin bazar və sənaye təcrübəsini birləşdirməklə, dəyərli və yenilikçi ideyaların tədqiq olunması məqsədi daşıyan “Barama” layihəsi təkcə Azərbaycan Respublikasının telekommunikasiya sektoruna deyil, eyni zamanda onun sosial rifahına və iqtisadi inkişafına öz töhfəsini verəcək.

Xatırladaq ki, “Azercell Telekom” şirkəti Azərbaycan mobil rabitə bazarında 1996-cı ildən etibarən fəaliyyət göstərir və hazırda 3,5 milyon abunəçisi var.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İçərişəhərdə “Barama” layihəsinin ofisinin açılış mərasimi olub

10-12-2009

“Azercell Telekom” şirkətinə 3G lisenziyası veriləcək”

11-12-2009

"Sizin biznes ideyanız var?"

12-03-2013

Elm və Texnologiya Sahibkarlığı Proqramına start verildi

17-05-2012

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Ekspert Azercell-in açıqlamasına münasibət bildirib

05-07-2019

“Azercell Telekom” -un fəaliyyətində problemlər yaranacaq

26-08-2009

Azercell BDU-un Barama Media Mərkəzinə verilən dəstəyi dayandırıb

26-09-2019

“Azercell”in “Barama” layihəsindəki staj proqramı başa çatıb

29-10-2010

«Azercell Telekom» profilaktik işlər həyata keçirir

11-08-2009

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

“Azercell Telekom” profilaktik işlər həyata keçirir

01-09-2009

«Azercell» şirkəti yeni kampaniyaya başlayır

30-11-2009

Beş biznes layihəsi Azercell qrantına layiq görülüb

16-12-2012

"Barama" fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək

04-07-2019

Azercell mükafata layiq görüldü

03-11-2015

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Azercell-dən yeni müsabiqə

14-09-2017

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018

“Azercell” şirkəti və ABŞ səfirliyi azərbaycanlı jurnalistlər üçün ingilis dili kursları keçirir

04-02-2009

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018

Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

18-10-2018

“Azercell” rouminq üçün yeni endirim tariflərinin tətbiqinə başlayıb

09-03-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə