Previous Next
Bağla

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023 23:40
“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un nümayəndə heyəti aprelin 25-27-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Kosmik texnologiyalar konfransı”nda iştirak edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Xeberler.az-a bildirilib ki, Avrasiya regionunda artıq növbəti dəfə keçirilən bu tədbirdə regionun kosmik agentlikləri və beynəlxalq kosmik ictimaiyyətin maraqlı tərəfləri təmsil olunur. Konfransın gündəliyində beynəlxalq əməkdaşlıq, sürətlə böyüyən qlobal kosmik sənayenin imkanları, müşahidə və rabitə peykləri, onların tətbiq sahələri, kosmik sahədə innovasiyalar və bu sahəyə qoyulan investisiyalar barədə müzakirələr əskini tapıb.

Konfransın ilk günündə türk dövlətlərinin kosmik agentliklərinin və qurumlarının rəhbərlərinin ikinci işgüzar toplantısı keçirilib. 2021-ci ildə Bakıda keçirilən “Türk dövlətlərinin kosmik nümayəndələrinin birinci Bakı forumu”nun davamı olaraq baş tutan toplantıda kosmik sahə üzrə yeni əməkdaşlıqlar, kosmosdan sülh və kommersiya məqsədilə qarşılıqlı işgüzar münasibətlərin qurulması, yeni kosmik texnologiyalar və tətbiqlər əsas mövzular sırasında yer alıb.

“Azərkosmos”un sədri Saməddin Əsədov “Regional əməkdaşlıq, beynəlxalq investisiya və kosmik sənayenin davamlı inkişafı”na həsr olunmuş sessiyada çıxış edib. S.Əsədov çıxışında ölkəmiz üçün kosmik sahənin əhəmiyyətindən, son 10 il ərzində Azərbaycanın kosmik sahədəki fəaliyyəti, peyklərin resursları vasitəsilə Avropa, Afrika və Mərkəzi Asiya ölkələrində həyata keçirilən layihələr və yeni imkanlardan bəhs edib.

Tədbirdə qonaqlara 2023-cü ildə paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycan, xüsusilə regionda kosmik sahənin inkişafına stimul olacağı bildirilib. Görüş vasitəsilə türk dövlətlərinin kosmik ictimaiyyəti, o cümlədən gəncləri Bakıda keçiriləcək Konqresə dəvət olunub.

Panel müzakirələri ilə davam edən “Kosmik texnologiyalar konfransı”nın növbəti günlərində kosmik sənaye üzrə regional və beynəlxalq səviyyədə bazar tendensiyaları, coğrafi informasiya sistemlərinin rəqəmsal transformasiyada rolu, peyklərin ölkələrin dayanıqlı sosial-iqtisadi inkişafdakı imkanlarına dair mövzular müzakirə ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının toplantısı keçirilib

20-12-2021

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022

Azərkosmosun nümayəndə heyəti Özbəkistandakı konfransda iştirak edib

11-05-2022

“Azərkosmos” “GLEX 2021” tədbirində təmsil olunur

15-06-2021

Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

24-04-2025

“Azərkosmos” sədri: Yaxın zamanlarda kosmik turistlərin də sayı artacaq

19-12-2024

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərləri bir araya gəlib

24-04-2024

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025

Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

16-11-2024

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

11-05-2023

Kosmik Texnologiyalar Konfransı gələn il Özbəkistanda keçiriləcək

24-04-2025

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023

Yerüstü kosmik infrastruktur üçün xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq

11-05-2023

“Azərkosmos” Beynəlxalq Astronavtika Konqresində iştirak edir

26-10-2021

Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

06-12-2022

Saməddin Əsədov: "Dövlət kosmik tədqiqatlar üçün gələcəkdə də əsas maliyyə mənbəyi olacaq"

02-10-2023

Azərkosmos Parisdə toplantıya qatılıb

26-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə