Previous Next
Bağla

“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

30-06-2021 17:11
“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

“AzInTelecom” MMC “Hesabdar.az” platforması ilə birgə Azərbaycan Qanunvericiliyi, Beynəlxalq Dövlət Sektoru Mühasibatlıq Standartları (IPSAS) və Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) cavab verən “1C 8.3” bulud əsaslı mühasibatlıq xidmətini təklif edir.

Xeberler.az bildirir ki, “Azcloud” bulud xidmətləri nəzdində təqdim olunan “1C” proqram təminatı, kiçik və orta bizneslərə, həmçinin böyük şirkətlərə mühasibatlıq, satınalmalar, istehsalat, satış, insan resursları və əməkhaqqı hesablanması, maliyyə və anbar hesabatlarını güvənli, təhlükəsiz şəraitdə aparmağa imkan yaradır. Yüksək keyfiyyət, əlverişli abunə şərtləri, məlumatların 72 saat ərzində bulud xidmətlərilə rezervlənməsi, həmçinin “Hesabdar.az” tərəfindən 24/7 saat müştəriyə dəstək xidmətin üstünlüklərinə daxildir.

Təqdim edilən proqram təminatının konfiqurasiyasında sazlanmaların və düzəlişlərin aparılması haqqında istifadəçi yazılı şəkildə məlumatlandırılır və vaxtında rezervləmələr aparılır. Yeni istifadəçilərə xidmətdən rahat şəkildə yararlana bilmələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.

Müştərinin servisə qoşulma müddəti, məlumatların təqdim olunmasından ən gec 48 saat ərzində aktivləşdirilir. Hesabın aktivləşdirilmə prosesindən dərhal sonra müştəri müvafiq xidmətlərdən istifadəyə başlaması üçün “Hesabdar.az” səhifəsinə yönləndirilir.

Qeyd edək ki, “AzInTelecom” MMC beynəlxalq auditdən keçərək biznesin davamlılığı idarəetmə sistemi standartı (ISO 22301) sertifikatına layiq görülmüş ilk Azərbaycan şirkətidir. Bu sertifikat “AzInTelecom” və onun əlçatanlıq zonası əsasında xidmət göstərən “Azcloud” bulud həllərinin əlverişsiz şəraitdə də fəaliyyətini davam etdirməsinin mümkünlüyünü təsdiq edir. Eyni zamanda “AzInTelecom” MMC-nin Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER 3”, informasiya texnologiyaları xidmətləri üzrə idarəetmə sistemi standartı (ISO 20000) və informasiya təhlükəsizliyi üzrə idarəetmə sistemi standartı (ISO 27001) sertifikatlarına malik ilk əlçatanlıq zonası əsasında “Azcloud” bulud, “Azcloud Enterprise” və “Hökumət həlləri” xidmətləri göstərilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

05-03-2021

Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

03-06-2022

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022

İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

08-07-2022

“AzInTelecom” AZCLOUD Portalını təqdim edib

08-06-2021

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022

“AzInTelecom” MMC-nin Əlçatanlıq zonaları 3 beynəlxalq standart üzrə sertifikasiya auditindən uğurla keçdi  

14-07-2022

“AzInTelecom” təcrübə proqramını uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim edib

28-09-2021

“AzInTelecom” “Veeam Software” şirkətinin Gümüş Tərəfdaşı statusunu alıb

04-11-2020

“Bakı Fond Birjası”məlumatlarını hökumət buluduna etibar edib

29-09-2022

Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

07-09-2022

“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

05-03-2020

“AzInTelecom” ADA Universiteti ilə təcrübə proqramını davam etdirir

17-08-2021

AzInTelecom Kasperski Lab-ın rəsmi partnyoru oldu

25-02-2019

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022

“AZCLOUD” “Əlavə dəyər xidmətləri”ni təqdim edir

21-12-2020

“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil olunacaq

18-12-2020

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “AZCLOUD”un müştəriləri sırasına daxil oldu

24-12-2020

AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

07-12-2017

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə