Memorandum SİMA həllərinin digər ölkələrdə tətbiqinin dəstəklənməsini nəzərdə tutur
Azərbaycanın aparıcı texnologiya şirkətlərindən olan “AzInTelecom” ilə süni intellekt və məlumat analitikası sahəsində qlobal liderlərdən biri, G42 şirkətlər qrupuna daxil olan “Presight” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum çərçivəsində “Presight” özünün geniş biznes kanalları vasitəsilə SİMA İmza-nın müxtəlif ölkələrdə tətbiqi istiqamətində AzInTelecom ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.
Bu əməkdaşlıq Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış rəqəmsal imza həlli olan SİMA-nın qlobal bazarlara çıxışının dəstəklənməsi, eyni zamanda Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq səviyyədə tanınmasına töhfə verilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Əməkdaşlıq Memorandumu SİMA-nın biometrik həllərinin, inteqrasiya imkanlarının və istifadəçi təcrübəsinin yalnız Azərbaycanda deyil, beynəlxalq səviyyədə də maraq doğurduğunu nümayiş etdirir.
“AzInTelecom” gələcəkdə də xarici tərəfdaşlıqlarını artırmağı planlaşdırır və bununla da Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəfinə töhfə verir.
AzInTelecom haqqında
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” bulud həlləri, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət göstərən şirkət “Hökumət buludu” və SİMA rəqəmsal imza kimi ölkəmiqyaslı layihələrin provayderidir.
“AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya, təhlükəsizlik və operativlik sahəsində müasir texnoloji həllər təqdim edir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları