Previous Next
Bağla

“Bakı Metropoliteni” beynəlxalq telekommunikasiya sərgisində iştirak edib

08-12-2023 23:19
“Bakı Metropoliteni” beynəlxalq telekommunikasiya sərgisində iştirak edib

“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Almaniyanın Köln şəhərində keçirilən “PMRExpo” ən miqyaslı beynəlxalq telekommunikasiya sərgisində iştirak ediblər.

 Xeberler.az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin xəbərinə görə, nümayəndə heyəti metropoliten idarəetməsində rabitə texnologiyalarının xüsusi sürətlə tətbiq edildiyi dövrdə təhlükəsiz və peşəkər radio-rabitə kontekstində müasir sistemlərin, telekommunikasiya sahəsində yeni tendensiyaların tətbiqinə xüsusi diqqət ayırıblar.

Bakı metropoliteninin xüsusiyyətləri və mövcud texnoloji bazası əsasında yeni sistem və qurğuların tətbiqi ilə bağlı aparıcı şirkətlərin mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb.

Elçin Məmmədov sərgidə radio-rabitə, radiosiqnal kabeli, səsyazma sistemi, şəbəkə texnologiyası, antena qurğuları və s. texnoloji yeniliklər barədə müfəssəl praktiki informasiyaların nümayiş etdirildiyini və bunun Bakı metropoliteninin perspektiv planları baxımından çox faydalı olduğunu bildirib.

Elçin Məmmədov bu texnologiyaların Bakı metropolitenində tətbiqinin real olduğu və mərhələli keçid imkanlarının mövcud texnoloji inkişaf sayəsində genişləndirilməsinin mümkünlüyü qənaətindədir.

Qeyd edək ki, son illərdə Bakı metropolitenində, xüsusən Bənövşəyi xətdə həyata keçirilən layihələrdə məhz bu texnolji innovasiyalar xüsusi yer alır. SCADA idarəetməsi, Tetra radiorabitəsi, işarəvermə qurğularında informasiya-kommunikasiya sistemlərindən istifadə olunması, gələcəkdə qatarların hərəkətinin radiodalğalarla idarə edilməsi nəzərdə tutulduğundan dünya radiorabitə və telekommunikasiya sahəsində sürətlə inkişaf edən yeniliklərin təqib edilməsi dövrün xüsusi tələbidir.

Sərgidə toplanılmış məlumatların metropoliten rəhbərliyi və mütəxəssis heyəti ilə birgə öyrənilməsinə və texniki təhlillərinə başlanılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Metroda daxili fiberoptik şəbəkə infrastrukturu yaradılır

12-09-2019

“Bakı Metropoliten”QSC-nin saytı yenilənib

02-06-2015

Texniki məsələlərin tam həllindən sonra metroda WiFi qurula bilər

15-04-2019

Bakı Metropoliteni işini bərpa etdi

04-07-2018

Bakı Metropoliteni bu il Rusiyadan daha 20 vaqon alacaq

11-06-2019

Metro stansiyalarındakı yeni aparatlar nəyə xidmət edir? -Açıqlama

02-12-2015

Bakı Metropolitenində kamera və siqnalizasiya sistemi quraşdırılır

10-02-2011

Bakıda Ağ Şəhər metro stansiyası tikiləcək

01-04-2019

I Avropa Oyunlarının effektiv radiorabitə sistemi qurulub

12-06-2015

Metroda test rejimində NFC dəstəkləyən kartlarla ödəniş etmək mümkündür

01-11-2025

Nazirliyin nümayəndələri Moskvada Rabitə sərgisində iştirak edir

23-04-2019

Avtobuslar sərnişinləri pulsuz daşıyır

04-07-2018

Bakı metrosu fəaliyyət göstərməyəcək

04-07-2018

"Bakı Metropoliteni" ilk "Dayanıqlılıq Hesabatı"nı hazırlayıb

22-01-2026

Bakı Metropoliteninin stansiyalarında reklam lövhələri bərpa olunur

29-04-2015

Azərbaycan Moskvada İT-sərgidə iştirak edəcək

04-05-2011

AzərEnerjidə yenidən işıq problemi yarandı

12-07-2018

Azərbaycan rəsmiləri beynəlxalq telekommunikasiya sərgisində

18-03-2015

Yeni nəsil mobil rabitə şəbəkələrinin tətbiqi ilə bağlı seminar keçirilir

01-11-2022

BakıKart istifadəçilərinin sayı artıb

15-08-2015

Bakı metrosunda köhnə kartların istifadə müddəti bitir

28-09-2015

Ölkəmiz Dünya Nüvə Sərgisində təmsil olunub

06-07-2016

Metroda təhlükəsizliyi necə qorumaq olar?-Video

23-02-2017

Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et

23-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə