Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “BilBacar” müsabiqəsinin final mərhələsi başa çatıb.
Xeberler.az məlumat verir ki, finalçılar 90 dəqiqə ərzində oxu savadlılığı üzrə 38 sual cavablandırıblar. Hər sinif üzrə 3 nəfər birinci yerə, 6 nəfər 2-ci yerə və 9 nəfər 3-cü yerə layiq görülüb.
Xatırladaq ki, 2025-ci ilin noyabr ayında start verilən müsabiqədə respublikanın 1300-dən çox ümumi təhsil müəssisəsinin III və IV siniflərindən 160 minə yaxın şagird iştirak edib. İbtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda, şagirdlərə kompüterəsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaq məqsədilə həyata keçirilən müsabiqənin mükafatlandırma tədbiri yaxın günlərdə keçiriləcək.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları