Previous Next
Bağla

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

02-04-2025 16:43
V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub.

Xeberler.az bildirir ki, Bakı Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, iki mərhələdən ibarət olimpiadanın respublika turunda astronomiya üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə 1200 nəfərə yaxın şagird qeydiyyatdan keçib. Ümumi balın azı 75 faizini toplayan şagirdlər final mərhələsinə dəvət alıblar.

Martın 15-də Bakı Dövlət Universitetində və Naxçıvan şəhəri 3 nömrəli tam orta məktəbdə keçirilən final mərhələsində olimpiadanın respublika turunu uğurla keçən 100-dən artıq şagird iştirak edib. Təşkilat Komitəsinin qərarına əsasən, onlardan 7-si I, 11-i II, 10-u isə III yerə layiq görülüb.

Olimpiadanın final mərhələsinin qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaqlar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən təşkil olunacaq.

V Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Təhsil İnstitutunun dəstəyilə baş tutur.

Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

11-03-2025

Beşinci Azərbaycan Astronomiya Olimpiadasının seçim turu keçirilib

04-02-2025

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

16-04-2025

Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

05-12-2024

Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

16-05-2023

VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

22-04-2026

BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

31-10-2019

Azərbaycan məktəbliləri Beynəlxalq Olimpiadada uğur qazanıblar

22-08-2025

Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

15-04-2019

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

03-04-2026

Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün düşərgə keçirilib

29-07-2022

Beynəlxalq Astronomiya İttifaqı qlobal layihəyə start verib

28-08-2019

Yay məktəbinin tələbələri Azərkosmos-da olub

04-06-2015

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022

“Azərbaycan Astronomiya Jurnalı” Scopus bazasına daxil edilib

29-12-2025

İnformatika olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb

13-03-2026

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024

Növbəti Kosmos Yay festifalı keçirilib

27-08-2019

Qubada astronomiya haqqında sərgi və kosmik müşahidə sessiyası təşkil olunub

28-07-2025

Kosmosla bağlı müsabiqənin nəticəsi açıqlanıb

16-04-2018

“Canlı kainat - planetlərdən qalaktikalara” mövzusunda beynəlxalq konfrans başa çatıb

26-09-2024

Respublika fənn olimpiadasının nəticələri açıqlandı

11-05-2018

Fənn olimpiadalarının 1-ci mərhələsinin nəticəsi açıqlanıb

24-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə