Previous Next
Bağla

“CIDC-2025” kiberfestivalı başa çatıb

13-10-2025 16:28
“CIDC-2025” kiberfestivalı başa çatıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə iki gün davam edən “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı beynəlxalq kibertəhlükəsizlik festivalını ümumilikdə 2245 nəfər ziyarət edib.

Xeberler.az məlumat verir ki, ikinci dəfə keçirilən “CIDC-2025” tədbirinə 360 təlim iştirakçısı, 47 komanda və 56 tərəfdaş təşkilat qoşulub. Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

Kiberfestivalın açılış mərasimində dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq şirkətlərin nümayəndələri, kibertəhlükəsizlik mütəxəssisləri, akademik dairələrin üzvləri və gənc mütəxəssislər iştirak ediblər.

Festival çərçivəsində yerli və xarici ekspertlər tərəfindən 10 təqdimat, 5 panel müzakirəsi və Azərbaycanda ilk Kiberməktəbin “Hack The Future 2” proqramı üzrə 6 ödənişsiz təlim keçirilib.

Tədbirin keçirildiyi Bakı Konqres Mərkəzində müasir texnoloji avadanlıqlarla təchiz olunmuş geniş sərgi zonaları və 3500 nəfərlik tutumu olan zallar ilə festival iştirakçılarına rahat və innovativ mühit yaradılıb. Burada təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim ediblər.

Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ekranlarda aralıq yarışlar və viktorina sessiyaları da keçirilib.

Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu dəfə “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında həyata keçirilib. Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və 5 xarici komanda iştirak edib. Tədbirin sonunda “Ağıllı şəhərlərdə Kibermüharibə” yarışının qaliblərinə sertifikatlar və 30.000 manat (birinci yer 15000, ikinci yer 10000, üçüncü yer 5000 AZN) məbləğində pul mükafatı təqdim olunub. Birinci yer “AzInTelecom" MMC-nin – “RedBox” komandası, ikinci yer “Azercell” şirkətinin “Cybercell” komandası və üçüncü yer “Kapital Bank" ASC-nin – “Bir Sec” komandası tutub.

Bununla yanaşı, master-klas kurslarında təlim almış dinləyicilərə, tədbirin sponsorlarına və tərəfdaşlarına təşkilatçılar tərəfindən sertifikatlar verilib.

“CIDC-2025” ölkəmizin kibertəhlükəsizlik sahəsində regional lider mövqeyini möhkəmləndirmək, gənc mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və dövlət–özəl əməkdaşlığını dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində qurulan əlaqələr və təqdim olunan yeni texnoloji həllər Azərbaycanın rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına güclü təkan verəcək.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Critical Infrastructure Defence Challenge 2025” tədbiri keçirilir

09-10-2025

CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

11-10-2025

Azercell-in komandası “CIDC-2025” yarışında böyük uğur qazanıb

13-10-2025

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

06-05-2025

“Hack The Future 2” təlimlərinə qeydiyyat başlayıb

13-08-2025

KOB-ların innovativ həlləri “CIDC 2025” festivalında təqdim edilib

10-10-2025

Bakıda “Critical Infrastructure Defence Challenge 2023” tədbiri keçiriləcək

14-07-2023

"Ağıllı şəhərlərdə Kibermüharibə"nin finalında iştirak edəcək komandalar məlum olub

17-09-2025

“AzInTelecom” kibermüharibə yarışının qalibi olub

11-10-2025

İRİA və AKM komandaları CIDC 2025-də ilk onluqda qərarlaşıb

11-10-2025

Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

16-09-2025

“Azercell” kiber- təhlükəsizlikdə ölkədə top üçlükdədir

04-11-2023

Bakıda keçirilən “kiber müharibə” yarışının qalibi müəyyənləşib

27-10-2023

“Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” konfransına bir ay qaldı

22-08-2023

Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

30-05-2025

CIDC-2025-in seçim turunda iştirak edəcək komandalar müəyyənləşib

11-09-2025

“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

13-10-2025

XRİTDX beynəlxalq tədbirdə iştirak edib

08-05-2025

“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

26-10-2023

Azərbaycanda dövlət və özəl qurumlar arasında kibermüharibə yarışı olacaq

01-09-2023

XRİTDX əlilliyi olan şəxslər üçün müyəssərliyə dair modul istifadəyə verib

21-02-2025

Kibermüharibə yarışının II mərhələsinin qalibləri məlum olub

30-09-2023

Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

26-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə