Previous Next
Bağla

“Elektron məhkəmə” sistemi məhkəmə baxışlarının uzadılmasına imkan verməyəcək

02-09-2020 16:27
“Elektron məhkəmə” sistemi məhkəmə baxışlarının uzadılmasına imkan verməyəcək
"Adətən məhkəmə iştirakçıları ilə bağlı, ümumiyyətlə hansısa bir məhkəmə işi ilə bağlı məhkəmənin gedişi zamanı xeyli zəruri informasiyalara ehtiyac yaranır.
 
Bu səbəbdən də hakimlər bir çox hallarda, məsələn kiminsə əmlakı haqda məlumatı, kiminsə sərhəd keçməsi haqqında, vergi borcu və ya şəxsi maşını haqqında məlumatı dəqiqləşdirmək üçün məhkəməni yarımçıq saxlayaraq aidiyyatı dövlət qurumuna yazılı sorğu göndərir və onun cavabından sonra məhkəmə davam etdirilirdi. İndiyədək yalnız çox az sayda qurumlardan real vaxt müddətində məlumat almaq mümkün idi.
 
Bir çox dövlət qurumları müxtəlif bəhanələr , təhlükəsizliklə bağlı problemlər, sadəcə sayğısızlıq səbəbindən E-məhkəmə sisteminə inteqrasiyaya tələsmirdilər. Amma bu ilin sonundan etibarən demək olar ki, bütün əhəmiyyətli mərkəzi icra qurumlarının informasiya sistemləri E-məhkəmə informasiya sisteminə inteqrasiya olunmalıdır.
 
Bu isə o deməkdir ki, hakimlər birbaşa məhkəminin gedişində, real vaxt müddətində təsdiqlənmiş-rəsmi informasiyalar əldə edə biləcək. Bununla bağlı Prezident 1 iyun 2020-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
 
Fərmana görə mərkəzi icra qurumlarına 6 ay vaxt verilib ki, öz bazalarını E məhkəmə informasiya sisteminə inteqrasiya etsinlər. Eyni zamanda Baş Prokurorluq və Ədliyyə Nazirliyinin də müvafiq sistemləri bura inteqrasiya olunmalıdır. E- məhkəmə-yə inteqrasiya olunacaq qurumların siyahısı :
 
Daxili İşlər Nazirliyi
İqtisadiyyat Nazirliyi
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Təhsil Nazirliyi
Dövlət Sərhəd Xidməti
Dövlət İmtahan Mərkəzi
“Azərsu”,
“Azərişıq”
“Azəriqaz”
Mərkəzi Bank və s.
 
Məhkəmə iştirakçılarının E-məhkəmə sistemindən istifadəsi “Vahid məhkəmə portalı” və onun tərkib hissəsi olan elektron kabinet vasitəsilə həyata keçirilir.
İstifadəçilər “Vahid məhkəmə portalı” vasitəsilə açıq sənədlərlə tanış ola, Vahid Giriş Sistemi özlərinə aid sənədləri əldə edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər.
 
“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il fevralın 13-də Prezident Sərəncam imzalayıb. Bu məqsədlə Dünya Bankı və Azərbaycan Hökuməti (Ədliyyə Nazirliyi) arasında 2014-cü ildə Müqavilə imzalanıb.
Bildiyim qədər Layihənin dəyəri 200 milyon $ olub. Layihə bu il başa çatmalıdır.
 
Ötən müddət ərzində bir xeyli işlər görülüb, bir neçə infomasiya resursları yaradılıb (e-mehkeme.gov.az, courts.gov.az və s.) Bəzi proseslərdə özüm də iştirak etmişəm. Layihənin icrası ilə bağlı proseslərdə BestComp , Eurodesign, İT Solitions, Bakinity kimi İT şirkətlərimiz iştirak edib.
 
Bununla belə məhkəmə sisteminin rəqəmsallaşması ilə bağlı işləri yetərli hesab etmək olmaz. Məhkəmələrin bir çoxu hələ də bu sistemə qoşulmayıb, daxili sənədləşmədə kağızdan istifadə üstünlük təşkil edir, məhkəmə iştirakçıları arasındakı əlaqələr tam rəqəmsallaşmayıb, hazırlanan mövcud resursları monitorinq etdikdə görmək olar ki, elə də təkmil deyil və s. Ümid edirik ilin sonuna məhkəmə sistemi tam rəqəmsallaşacaq"
 
Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron məhkəmə sisteminin yaradılması nə zaman başa çatacaq ?

05-04-2019

“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19-04-2025

Mediatorlar barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya olunub

25-11-2024

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

16-12-2022

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019

Vahid Məhkəmə Portalının funksionallığına dair video hazırlanıb

13-12-2024

"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

04-11-2025

Jurnalistlər “Elektron məhkəmə”ə ilə bağlı İnam Kərimova müraciət edib

10-03-2025

Ekspert: “Mobil məhkəmə” yenidən qurulacaq

16-02-2022

Bu nazirliklər elektron məhkəmə sisteminə inteqrasiya olunacaq

30-09-2019

Toğrul Hüseynov: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

17-09-2024

Anonimləşdirilmiş məhkəmə qərarları Vahid Məhkəmə Portalına yerləşdirilib

28-04-2025

İlk İnternet-məhkəmə açılıb

18-08-2017

Azərbaycanda elektron məhkəmə yaradıla bilərmi?

21-08-2017

Hüquqi şəxsin müflis elan edilməsi barədə məlumat vahid portala inteqrasiya edilib

21-04-2025

İxtisaslaşmış Texnoloji Məhkəmə yaradılması vacibdirmi?

10-04-2019

Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

14-06-2018

Vahid “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib

18-12-2024

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023

Elektron kabineti olmayan sahibkarlara onlayn bildiriş göndərilməsi imkanı yaradılıb

10-06-2025

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14-02-2014

Vəkillər Kollegiyasının sədri: Ölkəmizdə elektron istintaq sisteminin tətbiqinin vaxtıdır

28-02-2024

Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

23-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə