Previous Next
Bağla

“EPEG” layihəsi kommersiya istifadəsinə verildi

12-09-2013 11:44
“EPEG” layihəsi kommersiya istifadəsinə verildi
“Avropa-Yaxın Şərq informasiya magistralı”  (Europe Persia Express Gateway - EPEG) layihəsini həyata keçirən, “Rostelekom”, “Vodafone”,  “Telecommunications Infrastructure Company (TIC)” və “Oman Telecommunications Company (Omantel)” şirkətlərindən ibarət beynəlxalq konsorsium, layihənin kommersiya istifadəsinə verilməsi haqda rəsmi məlumat yayıb.
“Avropa-Yaxın Şərq informasiya magistralı”  layihəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilən mühüm beynəlxalq layihələrdən biridir.
Layihə  Azərbaycanın ilk “backbone” şirkəti “Delta Telecom”un iştirakı ilə həyata keçirilir.
Avropa ilə Yaxın Şərqi Frankfurtdan Barkiyədək birləşdirəcək beynəlxalq kabel magistralının tikintisi layihəsinin həyata keçirilməsi üçün yaradılmış konsorsiumun tərkibinə “Rostelecom”, “Cable & Wireless”,” TIC” və “Omantel”  operatorları daxildir.
Bu ilin yanvar  ayından etibarən magistralda test işləri aparılır və hazırda layihə çərçivəsində son tamamlama işləri həyata keçirilir.
Layihənin həyata keçirilməsi üzrə konsorsium 2011-ci ilin may ayında yaradılıb. “Cable & Wireless”-in qurduğu magistral Avropanı Ukrayna ilə, Rusiyanın sərhədinə kimi  birləşdirir, Rusiya-Ukrayna sərhədindən Azərbaycan seqmenti üzərindən İrana doğru davam edir. İranla Fars körfəzi arasında fiber-optik kabel magistralının çəkilməsi işinə “TIC” şirkəti, layihənin Omana qədər davam edən seqmentinin tikintisinə isə  “Omantel” şirkəti  cavabdehdi. Yeni kabel magistralının planlaşdırılan tutumu 0,5 Tbit/s təşkil edir.  “EPEG” şəbəkəsinin ümumi uzunluğu 6 min km, onun ümumi qiyməti isə 200 mln. dollar təşkil edir.
Azərbaycan seqmentinin tikintisini ölkədə ilk internet “backbone”   “Delta Telecom” şirkəti həyata keçirib. Beynəlxalq fiber-optik magistralın Azərbaycan seqmentinin tikintisi çərçivəsində təkcə avadanlığın alınmasına 3 milyon avro xərclənib.  Bu layihəyə qoşulmaqla Azərbaycanın ən iri ilkin provayderi “Delta Telekom”  şirkəti 3,2 Tbit/s sürətlə trafik ötürəcək, bu da ölkə daxilində göstərilən internet xidmətlərinin həm qiymətinə, həm də keyfiyyətinə müsbət təsir göstərəcək. (ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“EPEG” kabel şəbəkəsinin kommersiya istismarı təxirə salınıb

12-03-2013

Delta Telecom Türkmənistanla əməkdaşlığını genişləndirir

01-09-2015

Azərbaycanın regional ATS-ləri TAE xəttinə qoşulur

18-09-2009

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

Azərbaycan regionda informasiya texnologiyaları marşrutunun mərkəzinə çevriləcək

07-01-2009

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

«Qərb-Şərq yüksəksürətli informasiya magistralı» layihəsində 20-dən çox ölkə iştirak etmək niyyətindədir

16-06-2009

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

İran Azərbaycan vasitəsilə beynəlxalq trafik nöqtələrinə qoşula bilər

11-12-2017

“Qərb-Şərq yüksəksürətli informasiya magistrali” layihəsi BMT-nin baş məclisinin sessiyasında müzakirə olunacaq

07-01-2009

Azərbaycanda milli genişzolaqlı internetin inkişafı üzrə Dövlət Proqramının icrasına yaxın bir ay ərzində başlanıla bilər

01-11-2013

Azərbaycan Kabel Operatorları Assosiasiyası yaradılıb

30-11-2010

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Azərbaycanın “TASİM” layihəsinin reallaşması Avropa ilə Asiya arasında alternativ etibarlı rabitə kanalı kimi çox əhəmiyyətlidir

03-11-2013

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Azərbaycan rəqəmsal tranzit mərkəzinə çevrilə bilər

30-05-2019

Azərbaycan telekommunikasiya qovşaqlarının TAE magistralına qoşulması işləri başa çatmaq üzrədir

29-05-2009

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

21-01-2019

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə