Previous Next
Bağla

Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

21-01-2019 13:14
Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkəti Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək “Azerbaijan Digital Hub” layihəsinin həyata keçirilməsinə başlayıb.

Xeberler.az  bildirir ki, bu istiqamətdə ilk olaraq, əsas səhmdarı Bakcell şirkəti olan AzerTelecom və Azərbaycan Dəmir Yolları QSC arasında mövcud dəmir yollarının qorunma zolağı boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsinə dair müvafiq sənədlər imzalanıb və layihənin icrasına başlanılıb. Bununla bağlı zəruri olan investisiyalar da yatırılıb.

Dəmir yolları boyunca dayanıqlı fiber-optik magistral infrastrukturun qurulması Azərbaycanın hazırda sahib olduğu Nəqliyyat və Enerji dəhlizləri statusu ilə yanaşı ən qısa perspektivdə ölkənin Regionun Rəqəmsal Mərkəzinə (Azerbaijan Digital Hub) çevrilməsinə imkan verəcək. Layihə AzerTelecom tərəfdən həmçinin Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycanın Nəqliyyat Habına çevrilməsi layihəsi çərçivəsində aparılır.

Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturun formalaşmasına və qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşması və bu infrastrukturların ölkəmizdə kəsişməsinə, eləcə də ölkədə telekommunikasiya sektorunun inkişafına mühüm təkan verəcək.

Layihə çərçivəsində magistral internet kabel xətlərinin çəkilməsi və istifadəyə verilməsinin ilkin fazasının reallaşması bu il ərzində nəzərdə tutulub. Bu layihənin icrası Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan müxtəlif beynəlxalq telekom operatorlarının infrastrukturlarının ölkəmizdə kəsişməsinə gətirib çıxaracaq. Layihənin reallaşması həmçinin Azərbaycan Dəmir Yolları QSC-nin da infrastrukturunun güclənməsinə, həmin infrastruktur boyunca yeni texnologiyaların tətbiqinə, ümumilikdə isə rəqəmsallaşmaya xidmət edəcək. Bu da Azərbaycan Dəmir Yolları QSC-nin əhaliyə daha dayanıqlı xidmətlər verməsinə töhfə verəcək. Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi AzerTelekom şirkətinin həyata keçirdiyi “Azerbaijan Digital Hub” layihəsinin komponentlərindən biridir.

“Azerbaijan Digital Hub” layihəsi çərçivəsində Azərbaycanın gələcəkdə Cənubi Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi hədəflənir. Qurulacaq Rəqəmsal Mərkəz perspektivdə bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin ¼-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşıtəmin edilməsinə şərait yaradacaq. “Azerbaijan Digital Hub” layihəsinin icrası nəticəsində Azərbaycanın telekommunikasiya ekosistemi ən qabaqcıl dünya standartları səviyyəsinə qalxacaq, ölkənin İnternet alışında xarici ölkələrdən asılılığı minimuma endiriləcək, perspektivdə isə Azərbaycan regionda İnternetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunacaq. Beləliklə, dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı Bakı da əlavə olunacaq. Layihə ümumilikdə Azərbaycanda yeni iş yerlərinin açılmasına, ölkəyə valyuta axınına, iqtisadiyyatın rəqəmsallaşmasına və inkişafına töhfə verəcək.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019
AzerTelecom Azerbaijan Digital Hub proqramını icra edir

AzerTelecom Azerbaijan Digital Hub proqramını icra edir

24-01-2019
AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019
Ekspert: “Rabitə Nazirliyi öz avadanlığını qurub interneti 3 qat bahalaşdırır”

Ekspert: “Rabitə Nazirliyi öz avadanlığını qurub interneti 3 qat bahalaşdırır”

19-09-2020
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020
Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019
Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023
Ekspert yollarda olan internet problemindən danışıb

Ekspert yollarda olan internet problemindən danışıb

27-08-2019
Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019
Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020
AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019
Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020
AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019
Bakı dünyanın internet xəritəsinə əlavə ediləcək

Bakı dünyanın internet xəritəsinə əlavə ediləcək

09-10-2019
“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb   

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022
AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019
AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019
Azərbaycan Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsi olacaq

Azərbaycan Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsi olacaq

14-06-2019
AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna  töhfəsi müzakirə olunub

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020
Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019
“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir   

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022
Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

10-12-2019
Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə