Previous Next
Bağla

“Gizli nömrədən zəng” xidməti ləğv olunur

11-05-2011 18:49
“Gizli nömrədən zəng” xidməti ləğv olunur

Azərbaycanda mobil rabitə operatorlarının müştərilərə göstərdiyi xidmətlərdən biri – “gizli nömrədən zəng” xidməti yaxın vaxtlarda ləğv olunacaq. 

“APA-ECONOMICS”in məlumatına görə, bunu “Bakcell” şirkətinin baş hüquqşünası Mehman Səmədov bildirib. 

Onu sözlərinə görə, hazırda bu məsələ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən araşdırılır: “Belə bir məsələ var ki, bütün mobil operatorlar bu xidmətdən imtina edəcəklər”.

Qeyd edək ki, hazırda mobil rabitə operatorları tərəfindən tətbiq olunan bu xidmət zamanı istənilən istifadəçi nömrəsini gizlətməklə digər istifadəçiyə zəng edə bilər. Bununla yanaşı, qarşı tərəf ona zəngin hansı nömrədən daxil olduğu barədə məlumatı yalnız hüquq mühafizə orqanlarına müraciət etməklə ala bilər. Bu isə zəng qəbul edən istifadəçilərin narazılığına səbəb olur. Yeri gəlmişkən, mobil rabitə operatorlarında bildirirlər ki, məhz bu xidmətlə bağlı olaraq şirkətə hər gün onlarla şikayət daxil olur. Mobil operatorların bildirdiyinə görə, bu xidmətin istifadəçilərindən bir hissəsi vəzifəli şəxslərdir: “Onlar kiməsə zəng edəndə öz nömrələrinin görünməsini istəmirlər”. Digər istifadəçilər isə bu xidmətin yaratdığı imkanlardan sui-istifadə, yəni sadəcə başqalarını narahat etmək üçün istifadə edirlər: “Göründüyü kimi, bəzi istifadəçilərimiz belə xidmətdən istifadəyə hazır deyil”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gizli nömrələrdən zəng etmək olmayacaq?

06-05-2011

Azərbaycanda mobil rabitə nömrələrinin daşınması sisteminin ilin sonunadək tətbiq olunacağı gözlənilir

08-09-2010

Ev telefonlarından smartfonlara sms göndərmək mümkündür

18-05-2015

Azərbaycanda İnternet dələduzluğu faktlarının sayı artır

28-01-2009

Azercell-dən “Danışan Mesaj” xidməti

22-05-2009

Bakcell Rabitə Nazirliyinə 3G lisenziyası üçün müraciət etdi

17-07-2010

“Azerfon-Vodafone” yeni tarif planı tətbiq edib

15-07-2010

«Azərbaycanın mobil rabitə sahəsində «billinq» sisteminin tam tətbiqi üçün vaxt tələb olunur»

24-09-2010

Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil? – Araşdırma

14-11-2015

“Bu nömrəyə zəng çatmır”

27-12-2010

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri mobil rabitə operatorlarını kəskin tənqid edib

22-01-2011

Bakcell-dən yeni xidmət

27-04-2018

Nazir müavini: "Ev telefonlarına limit qoyulsa da bəzi xidmətlər ödənişsiz olacaq"

19-02-2011

Azərbaycanda qiymətlər avropa ölkələrindən xeyli bahadır

19-05-2014

Bakcelldə qonaq olun

01-01-2011

ŞOK! Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi pullu telefon xidmətini qüvvədə olmayan qanunla yasaqlayıb

21-10-2010

Azərbaycanda mobil rabitə tarifləri azaldılacaq

22-01-2009

“Bakcell ” şirkəti yeni “Sənə Zəng Etmişdim” xidmətini istifadəyə verib

07-07-2009

Əli Abbasov mobil operatorların rominq tariflərindən razı deyil

11-02-2011

Mobil telefonlar meksikalılar üçün portmanatı əvəz edəcək

28-08-2008

“Bakcell”də problem yaşanır

02-03-2009

Bakcell istifadəçilərinə xoş xəbər

16-10-2010

Azərbaycan mobil rabitə şəbəkəsində nömrənin daşınması xidmətləri tətbiq olunacaq

14-07-2009

«Azercell» Estoniya, Lüksemburq və Lixtenşteyn ilə rouminq sazişi bağlayıb

11-12-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə