Previous Next
Bağla

“Həvəskar peyk modelləşdirilməsi’’ müsabiqəsinə qeydiyyat davam edir

08-02-2022 18:26
“Həvəskar peyk modelləşdirilməsi’’ müsabiqəsinə qeydiyyat davam edir

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində tələbələr üçün nəzərdə tutulmuş “Həvəskar peyk modelləşdirilməsi” (CANSAT) müsabiqəsinə qeydiyyat davam edir.

Xeberler.az məlumat verir ki, “TEKNOFEST Azərbaycan” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Festivalın önəmli müsabiqələrindən biri olan “Həvəskar peyk modelləşdirilməsi” (CANSAT) tələbələrin kosmik sahədə nəzəri və yeni praktiki biliklər qazanması, xüsusilə peyk modelləşdirilməsi və onun idarə olunması sahəsində yerli mütəxəssislərin hazırlanması məqsədini daşıyır.

Sözügedən müsabiqə tələbələrin mexanika, elektronika və proqramlaşdırma sahələrindəki baza biliklərinin formalaşmasına təkan verəcək. Bundan əlavə, tələbələr komanda işi, təqdimat və planlaşdırma bacarıqlarını təkmilləşdirə biləcəklər.

Müsabiqənin şərtlərinə əsasən, tələbələr komanda quraraq yarışmada iştirak edə bilərlər. Həmçinin hər bir komanda kiçik peyk modeli hazırlayaraq müsabiqəyə təqdim etməlidir. Peyk modeli müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra sensorlardan lazımi məlumatları toplamaq funksiyasını yerə eniş edənə kimi dəqiq yerinə yetirməlidir. Peyk həmin məlumatları telemetriya paketi formasında müvafiq interfeysə göndərərək təyin olunmuş missiyanı yerinə yetirməyi bacarmalıdır.

Missiya dedikdə tələbələrin hazırlayacağı peykin daşıyıcıdan ayrıldıqdan sonra ayrılmanı avtonom olaraq təyin etməsi və ayrılma uğurlu olduğu halda, yer səthinin videogörüntüsünü qeydə alaraq onu daxili yaddaş kartında saxlaması nəzərdə tutulur.

Tələbələrdən ibarət komandalar B kateqoriyasını təmsil etməklə I yer 6000 AZN, II yer 4000 AZN, III yer 2000 AZN-dən ibarət Mükafat Fondu uğrunda mübarizəyə qoşula biləcəklər.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir.

Qeydiyyat üçün elektron keçid:  https://teknofest.az/az/competitions/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

“CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-02-2022

“TEKNOFEST” çərçivəsində daha bir müsabiqə elan olunub

03-02-2022

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

09-02-2022

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

"Teknofest-2022" çərçivəsində peyk və PUA müsabiqələri keçiriləcək

19-01-2022

“TEKNOFEST” çərçivəsində yeni müsabiqəyə start verilib

31-01-2022

“TEKNOFEST” çərçivəsində “Baku Skills” müsabiqəsinə start verilib

02-02-2022

CanSat Azərbaycan 2019 müsabiqəsinə qeydiyyat başa çatıb

15-01-2019

"CanSat Azərbaycan 2020" müsabiqəsinin final mərhələsi oktyabrda keçriləcək

19-09-2020

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

Müsabiqələrin finalçıları məlum olub

19-05-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb

19-02-2022

“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

01-02-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsi təxirə salınıb

28-12-2020

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022

"CanSat Azərbaycan 2020" peyk müsabiqəsinin "Reallaşdırma" mərhələsi başa çatıb

23-10-2020

Selçuk Bayraktar "TEKNOFEST Azərbaycan"la bağlı mətbuat konfransına qatılıb

07-02-2022

\"CanSat Azərbaycan 2019\" tələbə model peyk müsabiqəsinin final mərhələsi olub

29-06-2019

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022

“TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransı keçirildi

07-02-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

"CanSat Azərbaycan 2020" müsabiqəsinin növbəti mərhələsi təxirə salınıb

13-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə