Previous Next
Bağla

“IDDA Awards”ın mükafatlandırma mərasimi keçirilib

17-12-2025 19:13
“IDDA Awards”ın mükafatlandırma mərasimi keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə dekabrın 17-də Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı, startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Xeberler.az bildirir ki, bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə ümumilikdə 162 müraciət daxil olub. Onlardan 119 müraciət ictimai səsvermə mərhələsinə keçib və sonda hər nominasiya üzrə 5 finalçı münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbirin rəsmi hissəsində İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli, eləcə də İnvestisiya və miqyaslaşma şöbəsinin müdiri Ağahüseyn Əhmədov çıxış edərək ölkədə innovasiya və rəqəmsal transformasiya sahəsində görülən işlər, ekosistemin inkişaf perspektivləri və “IDDA Awards”un bu prosesdə rolu barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, “IDDA Awards” Azərbaycanda innovasiyaların təşviqinə, startaplar tərəfindən yaradılan qabaqcıl texnoloji həllərin tanıdılmasına və innovativ layihələrin həm dövlət, həm də özəl sektorda tətbiqinin stimullaşdırılmasına xidmət edən mühüm platformadır. Müsabiqə iştirak edən və xüsusilə də qalib olan layihələr üçün ekosistemdə tanınmaqla yanaşı, şəbəkələşmə və yeni tərəfdaşlıqların qurulması baxımından geniş imkanlar yaranır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirilib

13-12-2024

İRİA nümayəndəsi: İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

13-12-2024

“IDDA Awards 2023”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

01-12-2023

“IDDA Awards” innovasiya müsabiqəsinə qeydiyyat davam edir

18-09-2023

“Enterprise Azerbaijan” “IDDA Awards 2025” müsabiqəsində iştirak edir

04-11-2025

Azərbaycanda bu günədək 5 akselerasiya proqramı həyata keçirilib

13-12-2024

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

İnarə Vəliyeva: Təhsil sahəsində xüsusi proqramları davam etdiririk

13-12-2024

Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

11-08-2025

Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23-05-2025

İRİA: Azərbaycanı rəqəmsal sahədə lider dövlətə çevirmək məqsədimizdir

13-12-2024

Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanıb

13-12-2024

Nazirliyin sistemi “İlin Rəqəmsal Layihəsi” seçildi

15-12-2022

“Azərbaycan İnnovasiya Mükafatı”nı qazanmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlandı

26-08-2020

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025

İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

18-12-2025

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

INNOLAND İlin innovasiya ekosistemi təmsilçisi seçilib

24-10-2019

İRİA “Green Future Award” nominasiyası üzrə qalib olub

20-12-2024

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

Azərbaycan və Çad rəqəmsal transformasiya sahəsində memorandum imzalayıb

30-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə