Previous Next
Bağla

“İKT Azərbaycan-Pakistan münasibətlərinin inkişafında xüsusi yer tutur”

25-08-2015 13:36
“İKT Azərbaycan-Pakistan münasibətlərinin inkişafında xüsusi yer tutur”

Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Milli Mühəndislik və Elm Komissiyasının (NESCOM) sədri Məhəmməd İrfan Börninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində görüş keçirilib.

Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan xoş münasibətlərin formalaşdığını deyən nazir Əli Abbasov Azərbaycan-Pakistan münasibətlərinin inkişafında İKT və yüksək texnologiyalar sahəsinin xüsusi yer tutduğunu qeyd edib, bu sahədə aparılan islahatlar və həyata keçirilən layihələrdən söz açıb.

Xüsusən Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyalarının tədqiqi, nüvə energetikası sahəsində aparılan işlərdən danışan nazir sözügedən istiqamətlərin “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyətində  prioritet xətt təşkil etdiyini vurğulayıb. Pakistanla yeni əməkdaşlıq istiqamətlərinə də toxunan Ə.Abbasov əməkdaşlığın nüvə tədqiqatları ilə yanaşı, kosmik və yüksək texnologiyalar sahələrində də genişləndirilməsinə maraq göstərildiyini nəzərə çatdırıb.

Məhəmməd İrfan Börni də Azərbaycan ilə Pakistan arasında tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, dostluq zəminində davam edən bu münasibətlərin daim qorunub saxlanmasına hər iki ölkənin böyük önəm verdiyini ifadə edib. NESCOM sədri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində yaradılmış “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətində baş tutan görüşdən və təsisatla tanışlıqdan da söz açaraq,  Azərbaycanda  nüvə texnologiyalarının inkişafına Pakistanın öz zəngin təcrübəsi ilə töhfə verə biləcəyini bildirib. Əlaqələrin daha da dərinləşməsində maraq göstərilən sahələri dəstəklədiklərini qeyd edən pakistanlı qonaq insan kapitalının formalaşdırılması, proqram təminatı, kibertəhlükəsizlik həlləri istiqamətləri üzrə əməkdaşlığın qurulmasını da vacib sayıb.

Daha sonra Pakistanın Milli Mühəndislik və Elm Komissiyası ilə yeni sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib, həmçinin tərəfləri maraqlandıran digər suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Kosta-Rika arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

21-10-2015

RYTN-də İsrail səfiri ilə görüş keçirilib

06-08-2015

İsraillə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

01-10-2015

Azərbaycanla Monteneqro arasında İKT sektorunda əməkdaşlıq müzakirə olunub

20-05-2015

İKT sahəsində Koreya-Azərbaycan əməkdaşlığı müzakirə olunub

29-09-2015

Fransa və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

06-07-2015

Macarıstan ölkəmizdə İT sahəsinə investisiya qoyuluşuna maraqlıdır

02-10-2015

İKT sahəsində Azərbaycan-Macarıstan İşçi Qrupunun iclası olub

08-04-2015

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019

Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb

12-08-2015

Kosmik sənaye sahəsində əməkdaşlıq müzakirə edilib

03-10-2015

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016

Səfir Azərbaycanda İKT sahəsini yüksək qiymətləndirib

30-09-2015

Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

28-09-2015

“Yeni texnologiyalar sahəsində İranla əməkdaşlığa hazırıq”

26-02-2015

Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

02-05-2016

Azərbaycan BMT ilə İKT layihələri həyata keçirəcək

22-10-2015

Azərbaycan Küveytlə İKT sahəsində əməkdaşlığı genişləndirir

30-10-2014

İKT sektorunda ABŞ-Azərbaycan əlaqələri müzakirə olunub

07-05-2015

Nazir ROSATOM-un rəhbərliyi ilə görüşüb

26-11-2018

Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

21-09-2022

Avropa İttifaqı ilə İKT sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

24-04-2014

“Azərspace-1” üzərindən yeni kanal yayımlanacaq

13-05-2015

Azərbaycan və Argentina arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

22-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə