Previous Next
Bağla

“INNOLAND”in rezidenti olan “Nextsale” startapını ABŞ şirkəti satın alıb

09-02-2022 17:17
“INNOLAND”in rezidenti olan “Nextsale” startapını ABŞ şirkəti satın alıb
 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin məzun rezidenti olan “Nextsale” startapının ABŞ-ın tanınmış vençur şirkəti tərəfindən satın alınması ilə bağlı məlumatlandırma tədbiri keçirilib.
 
Xeberler.az məlumat verir ki, tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baykar şirkətinin texniki direktoru və “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təmsilçisi Məmməd Kərim, ali təhsil müəssisələrinin rektorları,   “Nextsale” startapının təsisçisi  Orxan Hacıyev, texnologiya və İT sahəsində fəaliyyət göstərən təşkilatların rəhbərləri, startapçılar  və digər şəxslər iştirak ediblər.
 
“Nextsale” startapı barədə təqdimat zamanı ideyanın əsasən elektron ticarət saytları üçün dizayn həlləri, satışlar və sayta olan sosial güvəni artırmaq, SMS, telefon nömrələrini yığmaqdan ibarət olduğu bildirilib.
 
Qeyd olunub ki, şirkət ilk vaxtlar saytda öncəki istifadəçilərin yeni ziyarətçilərə nə etdiklərini göstərən tətbiq kimi (sosial sübut -  social proof)  başlasa da, sonralar funksiyalarını inkişaf etdirərək tam və bütöv konversiya platformasına çevrilib. Belə ki, “Nextsale” sayta daxil olan ziyarətçilərin adını, elektron ünvanını, mobil nömrəsini və s. marketinq üçün lazımi məlumatları toplayaraq “popap” pəncərələr vasitəsi ilə  kupon kodları təklif etməyə başlayıb və bu da startapa satışlarını artırmağa imkan yaradıb. Hazırda “Nextsale”in elektron ticarət saytlarında ziyarətçiləri real müştəriyə çevirən konversiya platforması olduğu vurğulanaraq startapın iştirak etdiyi uğurlu proqram və layihələr, eyni zamanda inkişaf mərhələləri barədə məlumatlar diqqətə çatdırılıb.
 
Tədbir zamanı ölkəmizdə innovativ ideyaların təşviqi, startap mühitinin inkişafı, bu sahəyə verilən dövlət dəstəyi, beynəlxalq bazara çıxış imkanları, daxili və xarici investisiyaların cəlb edilməsi, bu sahədə əməkdaşlıq imkanları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
 
Universitetlərdə startap ekosisteminin inkişaf etdirilməsi və inkubasiya mərkəzlərinin yaradılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi diqqətə çatdırılıb. Eyni zamanda innovativ ideyaları inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizn texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi məsələləri də müzakirə olunub.
 
Sonra yeni texnologiya əsaslı startapların böyüməsində və “Nextsale” startapı kimi bu cür qürurverici uğurlara imza atmasında Dövlət Agentliyinin rolu,  “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti, tədbirlər və startapların inkişafına göstərilən dəstək alətləri, “Azərbaycan İnnovasiyalar Evi” və “Tech Diaspora”nın fəaliyyəti barədə ətraflı məlumat verilib.
 
Xatırladaq ki, “Nextsale” startapının bütün hissələri Boston mərkəzli “Silversmith Capital Partners” şirkəti tərəfindən satın alınıb. Şirkət 2 əsas sənaye yönümlü, “SaaS & Information Services” və “Healthcare IT & Services”də müstəsna idarəetmə qrupları ilə tərəfdaşdır. Eyni  zamanda 2 milyard dollardan çox kapitalı idarə edən artım firmasıdır.
 
“Nextsale” startapının əsası 2018-də qoyulub. 2020-ci ildə ilin startapı seçilən və bir sıra yerli, beynəlxalq mükafatlar qazanan “Nextsale” toxum investisiya mərhələsində ilk investisiyanı “SUP VC” tərəfindən əldə edib və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olub. Startap, həmçinin Türkiyədə fəaliyyət göstərən "ITU Magnet" Akselerasiya Proqramının məzunudur.
“Nextsale” startapı “SUP VC”, “NCA”, “500 Startups” kimi akselerasiya proqramlarının təlimlərində, “TechCrunch Disrupt Berlin”, “Shopify Pursuit Amsterdam” kimi tədbirlərdə iştirak edib, “Entrepreneur” jurnalında yer alıb. Startap, həmçinin Qafqaz regionu ölkələri arasında keçirilən “500 Startups” proqramında 120 iştirakçı arasında 4 rəqib ilə birlikdə finalçı olub.
 
Qeyd edək ki, hazırda startap komandası yeni bir məhsul olan Uvodo - onlayn satış etmək istəyən hər kəs üçün bütün verilənlər bazasının istifadəçisinin öz serverində saxladığı e-ticarət platforması üzərində işləyir
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nextsale BigCommerce e-ticarət platforması ilə inteqrasiyaya başlayıb

05-02-2020

INNOLAND-in 5 startapı ITU Magnet Akselerasiya proqramından məzun olub

07-11-2019

INNOLAND-in rezidentləri beynəlxalq proqrama qəbul edilib

03-10-2019

"INNOLAND"in rezidenti "Uvodo" 500 000 manat dəyərində investisiya cəlb edib

28-06-2022

INNOLAND-in rezidentləri Berlində Azərbaycanı təmsil edəcək

09-12-2019

“İnnovasiyalar Mərkəzi”nin 2020-ci ilin yekunlarına dair hesabatı təqdim olunub

16-01-2021

Azərbaycan startapları Almaniyada ölkəmizi təmsil ediblər

13-12-2019

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

10-01-2019

“INNOLAND”in rezidentləri 600,000 manat yatırım cəlb ediblər

04-07-2019

INNOLAND-in nümayəndə heyəti Tech Summit-də iştirak edib

08-11-2019

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

24-07-2019

INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018

Gəncə Dövlət Universiteti və INNOLAND arasında memorandum imzalanıb

11-10-2019

"İnnovasiyalar Mərkəzi"nin nümayəndə heyəti "Mərkəzi Avrasiya Startap Sammiti"ndə iştirak edib

19-04-2022

Dövlət Agentliyinin sədri “500 Startups” şirkətinin nümayəndəsi ilə görüşüb

29-03-2021

Hackathon Şamaxı uğurla başa çatdı

13-02-2020

Adam Draper ilə virtual reallıqda təlim təşkil ediləcək

05-09-2019

Bakcell və INNOLAND İnkubasiya Proqramının iştirakçılarını seçdi

20-06-2019

INNOLAND və AzerGold startapları bir araya gətirəcək

24-07-2019

Növbəti Fintech Meetup Gəncədə baş tutacaq

04-10-2019

Şamaxıda Hackathon-a start verildi

11-02-2020

INNOLAND-də növbəti Demo Day təşkil olunub

21-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə