Previous Next
Bağla

“iPhone” istifadəçilərinə qarşı genişmiqyaslı kiberhücum olub

17-11-2026 16:39
“iPhone” istifadəçilərinə qarşı genişmiqyaslı kiberhücum olub

Dünyanın müxtəlif ölkələrində yüzlərlə məşhur veb-sayt kriptovalyutaların və bank kartı məlumatlarının oğurlanmasına yönəlmiş genişmiqyaslı kiberhücumun hədəfinə çevrilib.

Xeberler.az “The Independent”ə istinadən məlumat verir ki, hücum xüsusilə “iPhone” istifadəçilərini hədəf alıb və onların cihazlarına zərərli proqram təminatının yoluxdurulması məqsədi daşıyıb.

Kiberhücumdan təsirlənən 178 təşkilat arasında HSBC, “Zoom”, IKEA, “Equifax”, “Salesforce” kimi beynəlxalq şirkətlər, həmçinin BBC və CNN kimi aparıcı media qurumları da var. Kibertəhlükəsizlik üzrə tədqiqatçı Skott Helmenin məlumatına görə, kibercinayətkarlar müəssisələrin internet platformalarını idarə etmək və təkmilləşdirmək üçün istifadə olunan süni intellekt əsaslı “Optimizely” xidmətindən yararlanan 178 təşkilatın veb-saytı vasitəsilə zərərli “JavaScript” kodu yayıblar. Zərərli kod istifadəçilərin kriptovalyuta əməliyyatlarını hücumçuların elektron pul kisələrinə yönləndirmək, bank kartı məlumatlarını oğurlamaq, brauzer kukilərini ələ keçirmək və ekran görüntülərini əldə etmək məqsədi daşıyıb.

Bundan əlavə, kiberhücum çərçivəsində “iOS” əməliyyat sistemi ilə işləyən cihazlara, o cümlədən “iPhone” telefonlarına təhlükəsizlik boşluqlarından istifadə edən zərərli kodun yerləşdirilməsinə cəhd göstərilib. Skott Helme hücumdan təsirlənən təşkilatlara “Optimizely” hesablarına giriş icazəsi olan şəxsləri yenidən yoxlamağı və müştərilərinə zərərli proqram təminatı ötürülməsi halları barədə məlumat verməyi tövsiyə edib.

Noyabrın 16-da hücumdan təsirlənən veb-saytlara daxil olmuş istifadəçilərə isə “iPhone” və “iPad” cihazlarının əməliyyat sistemini “iOS 18.7.3” və ya daha yeni, yaxud “iOS 26.3” və ya daha yeni versiyaya yeniləmək tövsiyə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kiberhücumçular qlobal veb-saytlara zərərli kod yeridiblər

Kiberhücumçular qlobal veb-saytlara zərərli kod yeridiblər

17-11-2026
iPhone və iPad qurğularına hücum edən yeni virus aşkarlanıb

iPhone və iPad qurğularına hücum edən yeni virus aşkarlanıb

25-09-2018
Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

31-10-2026
Smartfonlara virus hücumlarının sayı artıb

Smartfonlara virus hücumlarının sayı artıb

02-08-2019
iOS 9-un istifadəyə veriləcəyi tarix açıqlandı

iOS 9-un istifadəyə veriləcəyi tarix açıqlandı

10-09-2015
App Store kiberhücuma məruz qaldı

App Store kiberhücuma məruz qaldı

21-09-2015
Rusiya Xarici İşlər Nazirliyinin saytına kiberhücum edilib

Rusiya Xarici İşlər Nazirliyinin saytına kiberhücum edilib

24-10-2024
ETX: Yerli təşkilatlardan birinə aid veb-resursa kiberhücum edilib

ETX: Yerli təşkilatlardan birinə aid veb-resursa kiberhücum edilib

10-04-2026
43 milyon iPhone istifadəçisi iOS 11-i quraşdıra bilməyəcək

43 milyon iPhone istifadəçisi iOS 11-i quraşdıra bilməyəcək

13-04-2017
iOS 9-un yeni versiyası istifadəyə verildi

iOS 9-un yeni versiyası istifadəyə verildi

17-09-2015
iOS-da yaranan problem iOS 9.0.2 yenilənməsi ilə aradan qaldırılıb

iOS-da yaranan problem iOS 9.0.2 yenilənməsi ilə aradan qaldırılıb

01-10-2015
Ekspertlər “YouTube” platformasında kibertəhlükələr barədə xəbərdarlıq edib

Ekspertlər “YouTube” platformasında kibertəhlükələr barədə xəbərdarlıq edib

12-03-2025
ETX bank və dövlət sektorlarına qarşı fişinq cəhdini müəyyən edib

ETX bank və dövlət sektorlarına qarşı fişinq cəhdini müəyyən edib

06-02-2026
HR əməkdaşlarına qarşı yeni kiberhücum dalğası müşahidə olunur

HR əməkdaşlarına qarşı yeni kiberhücum dalğası müşahidə olunur

13-03-2026
Fransanın poçt sistemi kiberhücuma məruz qalıb

Fransanın poçt sistemi kiberhücuma məruz qalıb

23-12-2025
Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

20-05-2015
Bəzi qurumların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb

Bəzi qurumların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb

19-08-2026
Apple iOS 9.2 versiyasını istifadəyə verdi

Apple iOS 9.2 versiyasını istifadəyə verdi

09-12-2015
“Android” istifadəçiləri üçün “iOS” sisteminə keçid asanlaşacaq

“Android” istifadəçiləri üçün “iOS” sisteminə keçid asanlaşacaq

10-06-2015
Kibercinayətkarlar bu dəfə koronavirusdan istifadə edir

Kibercinayətkarlar bu dəfə koronavirusdan istifadə edir

14-03-2020
Hər gün 225 mindən çox yeni zərərli proqram qeydə alınır

Hər gün 225 mindən çox yeni zərərli proqram qeydə alınır

08-07-2015
Azərbaycanda "Apple" məhsullarında boşluqlar aşkar edilib

Azərbaycanda "Apple" məhsullarında boşluqlar aşkar edilib

11-04-2023
"Android" smartfonlarında zərərli proqramlar aşkar edilib

"Android" smartfonlarında zərərli proqramlar aşkar edilib

15-05-2023
Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə