Previous Next
Bağla

“Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq

27-09-2021 20:02
“Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq

Əsas məqsədi ikinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün uzunmüddətli psixoloji reabilitasiya tədbirlərinin keçirilməsi olan “Kiçik ürəklərdə böyük xatirələr” layihəsi “Azercell Telekom”-un dəstəyi və “GID CSR Consulting” şirkətinin peşəkar təlimçilərinin iştirakı ilə reallaşdı. Xatırladaq ki, 5-14 yaş arasında olan 300 şəhid övladı, eləcə də xanımlarının cəlb olunduğu layihə mart ayından etibarən bir neçə mərhələdən ibarət təlimlər və qrup çalışmalarını özündə birləşdirdi.

Məsələn, “Art terapiya” (təsviri sənət terapiyası) uşaqlara musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi incəsənət sahələri vasitəsilə öz duyğu və hisslərini ifadə etmək imkanı yaratdı. “Arzular ağacı” adlı təlimin köməyilə isə böyük sarsıntı yaşayan uşaqların üzləşdikləri psixoloji problemləri adlamaqlarına, gələcəkdə yarana biləcək daha ağır çətinliklərin qarşısını almağa şərait yarandı. “Uğur hekayəsi” istiqamətindəki təlimlərdə isə tanınmış şəxslər, böyük çətinliklər bahasına uğur qazanmağı bacaran peşəkarlarla görüşlər keçirildi.

Layihənin daha bir vacib məqsədi isə şəhid övladlarının qəhrəman ataları haqqında xatirələri bir kitab halında toplamaq oldu. Tezliklə həm çap, həm də elektron formatda işıq üzü görəcək həmin kitab həm şəhidlərin öz ailə üzvləri üçün bir xatirə toplusu, həm də cəmiyyətimiz üçün Vətənin igid oğulları barədə daha zəngin məlumat mənbəyi olaraq müxtəlif kitab mərkəzləri, eləcə də Bookmate mobil kitabxanasında yerləşdiriləcək.

“Kiçik ürəklərdə böyük xatirələr” layihəsi hər bir azərbaycanlının rahat gələcəyi naminə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən mərd və yenilməz hərbçilərimizə və onların ailələrinə duyulan hörmət və qayğının kiçik nümunəsidir.

Şəhid hərbçilərimizin xanımları və layihə təşkilatçılarının təəssüratlarını əks etdirən videonu sizinlə də bölüşmək istərdik:

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in dəstəyilə şəhid övladları üçün reabilitasiya proqramına start verilir

27-04-2021

Azercell “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihə keçirib

01-06-2021

"Azercell" şəhid ailələrinə dəstəyini davam etdirir

21-09-2023

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021

"Azercell" Şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub

08-09-2021

Şəhid övladlarının çəkdiyi rəsmlər əsasında poçt markaları təqdim olunub

06-11-2025

Nazirlik şəhid hərbçilərin övladlarını sevindirdi

27-06-2019

“Nar” şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən yarışa dəstək oldu

01-06-2021

Şəhid yadigarlarını lentə alan sənədli film təqdim olunub

01-06-2022

NRYTN birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirib

20-09-2021

“Şuşa poçt markalarında” adlı kitab hazırlanıb

09-12-2023

Şəhid övladlarına yeni texnologiyalara dair təlim keçirilib

04-11-2022

“Azercell” imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindiib

15-09-2020

Nazir Rəşad Nəbiyev Yevlaxda şəhid ailəsini ziyarət edib

16-06-2022

Nazir Rəşad Nəbiyev Qaxda şəhid ailəsini ziyarət edib

12-09-2022

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

Nazir Rəşad Nəbiyev nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb

04-03-2021

Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi

16-09-2021

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

04-08-2023

Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət edib

11-09-2019

"Nar” şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinə dəstək olub

27-08-2021

“Nar” YAŞAT Fondu ilə birlikdə şəhid ailələri və qazilərə Novruz sovqatları təqdim edib

19-03-2021

Türkiyəli jurnalist Fulya Öztürk şəhid ailələrinin üzvləri ilə görüşüb

21-09-2022

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

08-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə