Previous Next
Bağla

Türkiyəli jurnalist Fulya Öztürk şəhid ailələrinin üzvləri ilə görüşüb

21-09-2022 10:28
Türkiyəli jurnalist Fulya Öztürk şəhid ailələrinin üzvləri ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “Uğur” ustad dərsləri layihəsi çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində növbəti görüş təşkil olunub.

Xeberler.az bildirir ki, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ölkəmizdə həssas kateqoriyadan olan şəxslərin qayğı ilə əhatə olunması üçün davamlı sosial layihələrin həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, “Uğur” ustad dərsləri layihəsində müxtəlif sahələrdə uğur qazanmış insanların bu kateqoriyadan olan şəxslərlə görüşlərinin keçirilməsində məqsəd onların asudə vaxtının səmərəli təşkili, eləcə də cəmiyyətin həyatında iştirak imkanlarının genişləndirilməsidir.

100-dən çox şəhid ailəsi üzvünün iştirak etdiyi layihənin qonağı bu dəfə "CNN TÜRK" telekanalının müxbiri, Vətən müharibəsi haqqında hazırladığı xüsusi reportajları ilə yadda qalan jurnalist Fulya Öztürk olub.

F.Öztürk Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşdən məmnunluğunu bildirib. Jurnalist qeyd edib ki, həm Vətən müharibəsində, həm də postmüharibə dövründə bir neçə dəfə Azərbaycana gələrək ölkəmizin haqlı mübarizəsini, erməni təxribatları barədə reallıqları dünya auditoriyasına çatdırıb.

Sonra F.Öztürk iştirakçılarla öz uğur düsturunu bölüşüb.

Maraqlı müzakirələrlə yadda qalan görüşdə şəhid ailərinin üzvləri onları maraqlandıran suallara cavab tapmaqla bərabər, peşəkar tövsiyələr almaq imkanı əldə ediblər.

İştirakçılara peşəkar biliklərin aşılanması ilə onları yeni uğurlara stimullaşdıran “Uğur” ustad dərsləri layihəsinin davamlı olaraq təşkil olunması nəzərdə tutulub.

Sonda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanışlıq olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sərgi-satış portalı yaradılır

20-04-2022

"Nar" Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə edib

19-03-2022

"Azercell" Şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub

08-09-2021

Özbəkistan nümayəndə heyəti DOST Agentliyinin fəaliyyəti ilə tanış olub

05-05-2026

Özbəkistanın nümayəndə heyəti DOST Mərkəzinin qonağı olub

14-11-2024

“Nar” YAŞAT Fondu ilə birlikdə şəhid ailələri və qazilərə Novruz sovqatları təqdim edib

19-03-2021

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər

31-12-2024

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021

Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb  

13-07-2022

Şəhid və şəhid ailəsi statusu almış şəxslərin, müharibə veteranlarının elektron reyestri yaradılacaq  

08-08-2022

DSMF, DOST və SXA BSTA-nın Avropa Şəbəkəsinin İdarəetmə Komitəsinə üzv seçilib

04-10-2025

“Baktelecom” Vətən müharibəsində iştirak etmiş rabitəçilərlə görüş keçirib

10-07-2021

“DOST to DOST” layihəsi üzrə keçirilən təlimlər yekunlaşıb

19-06-2025

Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

27-12-2024

Monteneqrolu nazir DOST Mərkəzlərində olub

20-11-2024

NRYTN qəhrəmanlarımızın məşğulluğuna dəstək olub

23-07-2021

DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondu 8 beynəlxalq mükafatla təltif edilib

13-05-2022

“Nar” Zəfər Gününə həsr olunmuş “Yaşa, Vətən!” kommunikasiyasına start verir

04-11-2021

Nazir Rəşad Nəbiyev Sabirabadda şəhid və qazi ailələrini ziyarət edib

08-04-2022

TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025

Azercell “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihə keçirib

01-06-2021

"Qarabağ KOB-ları" proqramı ilə 50 yeni sahibkarlıq subyekti yaradılacaq

30-05-2023

Mail.ru Bakıda ustad dərsləri keçəcək

06-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə