Previous Next
Bağla

“Lisenziyalar bürokratik əngəl rolu oynamamalı, tənzimləyici vasitəyə çevrilməlidir”

23-10-2015 11:25
“Lisenziyalar bürokratik əngəl rolu oynamamalı, tənzimləyici vasitəyə çevrilməlidir”

Azərbaycanda Ümum Daxili Məhsulun formalaşmasında özəl sektorun payı 88 faizə çatır. Bu şəraitdə özəl sektorun fəaliyyətinin düzgün tənzimlənməsi, bürokratik və qeyri-iqtisadi maneələrin aradan qaldırılması, iqtisadi fəaliyyətin tam şəffaflaşdırılması, kiçik və orta sahibkarlığın daha da həvəsləndirilməsi bu sektorun daha da inkişafına, əlavə iş yerlərinin açılmasına, xarici bazarlarda baş verən iqtisadi çətinliklərin bizim ölkməmizdə daha da az hiss olunmasına gətirib çıxardacaqdır. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19 oktyabr tarixli fərmanı sahibkarlığın inkişafı yolunda çox mühüm və ciddi təkanverici bir addımdır.

Hazırda Azərbaycanda 23 dövlət qurumu 59 fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verir. Fərmanda lisenziya tələb olunan fəaliyyət növlərini sayının azaldılması, lisenziya verilmə prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin olunması və “Elektron Lisenziya” portalının yaradılması tələb olunur.

Hazırda lisenziya alınmasında ümumi olaraq sahibkarlardan 5 növ sənəd tələb olunur, fəaliyyət növündən asılı olaraq isə əlavə xüsusi sənədlər tələb olunur ki, burda ciddi olaraq bürokratiyanın azaldılması hesabına sadələşdirməyə getmək mümkündür. Elektron Hökumətin imkanlarından istifadə etməklə tələb olunan sənədlərin əksəriyyətini ümumi məlumat bazasından əldə etmək olur. Bu isə lizensiya verilməsi proseduralarını ciddi şəkildə sadələşdirməyə imkan verəcəkdir.

Mövcud qanunvericiliyə uyğun olaraq İqtisadiyyat və Sənaye nazirliyi ölkədə verilən bütün lisenziyaların elektron reyestrini aparır. Nazirliyin elektron idarəetmə imkanları lisenziya verilməsi prosedurunun daha da sadələşdirilməsi, onların təhlil edilməsi və operativliyin təmin olunmasına imkan yaradır.

ASAN xidmət mərkəzləri nəinki Azərbaycanda, artıq dünya miqyasında şəffaflığın və vətəndaşlara xidmətin bir etalonuna çevrilmişdir.  ASAN xidmət mərkəzlərində vətəndaş məmuniyyəti 98 fazizə  çatır ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir. Fikrimcə,  ASAN xidmət mərkəzlərinin potensialı fərmanda qeyd edildiyi kimi, lizensiya verilməsində şəffaflığın tam təmin olunmasına şərait yaradır.

“Elektron Lisenziya”nın tətbiqi çox mühüm bir addımdır. Bu iqtisadi münasibətlərdə və iqtisadi idarəetmədə tamamilə yeni bir səhifənin açılması deməkdir.

Hazırda dünyada baş verən iqtisadi təlatümlər ərəfəsində iqtsadiyyatın çevik tənzimlənməsi çox mühümdür. Ölkə Prezidentinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri neft sektorunun inkişafı ilə bağlı apardığı uğurlu iqtisadi siyasətin tərkib hissəsi olan bu fərman yaxın müddətdə öz müsbət nəticəsini verəcəkdir. Sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması artıq sahibkarlar arasında çox mühüm ruh yüksəkliyinə səbəb olmuş, iqtisadi aktivliyə gətirib çıxarmışdır.

Bütün bunları nəzərə alaraq söyləmək olar ki, lisenziyalar bürokratik əngəl rolu oynamamalı, tənzimləyici bir vasitəyə çevrilməlidir. Və belə də olacaqdır.

İqtisad elmləri üzrə fəlsəfə doktoru, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Tahir Mirkişili

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sahibkarlara lisenziyaların verilməsi davam etdirilir

18-11-2015

Sahibkarlara lisenziyaların verilməsi davam edir

10-11-2015

Bərdədə sahibkarlara lisenziyalar verilib

23-11-2015

“Elektron lisenziya” portalı nə vaxt istifadəyə veriləcək?

19-10-2015

Bütün lisenziyalar ASAN xidmət-də veriləcək - Yenilənib

19-10-2015

Nazirliyin e-xidmətlərdən birinin fəaliyyəti dayandırılıb

27-10-2015

ASAN Xidmət-də sahibkarlara lisenziya verilməsinə başlanıb

05-11-2015

Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

23-08-2023

Sahibkarlara 200-dən çox lisenziya verilib

16-12-2015

“Lisenziyalar və icazələr” portalı üzərindən 4 mindən çox lisenziya verilib

23-08-2023

Müddətsiz, ucuz və elektron lisenziyalar dövrü başladı -Fərman

22-12-2015

Azərbaycanda biometrik texnologiyalar üzrə lisenziyaların verilməsi RİTN-ə həvalə olunub

03-12-2008

Elektron arayışları artıq bütün dövlət qurumları tanıyacaq

31-08-2015

Portal vasitəsilə 110 elektron lisenziya verilib

18-05-2018

Mobil operatorlarla Nazirlik arasında yeni lisenziya müqaviləsi imzalanacaq

16-09-2015

Naxçıvanda I yarımildə sahibkarlıq fəaliyyətinə 21 lisenziya verilib

17-07-2023

"Azərbaycanda mobil operatorlar lisenziya üçün az pul ödəyirlər"

10-11-2022

Mobil rabitə xidmətlərinə lisenziya 10 illik müddətə veriləcək

02-03-2017

“Starlink”in Ermənistanda fəaliyyətinə lisenziya verilib

13-12-2024

Zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi istifadəyə veriləcək

10-12-2018

Mobil rabitə xidmətlərinə lisenziya şərtləri dəyişilib

11-12-2015

“İnformasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz artıb”

12-01-2015

Azərbaycanda lisenziya almaq asanlaşır-Yeni portal

20-12-2017

Vüsal Qasımlı: Struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcəkdir

15-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə