Previous Next
Bağla

“My Cabinet” adlı vahid rəqəmsal platforma istifadəyə verilib

06-01-2026 13:19
“My Cabinet” adlı vahid rəqəmsal platforma istifadəyə verilib

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçi sənədlərinin daha şəffaf, operativ və müasir tələblərə uyğun şəkildə yoxlanılması və izlənilməsi məqsədilə rəqəmsallaşma istiqamətində mühüm addım atıb. Bu çərçivədə “My Cabinet” adlı vahid rəqəmsal platforma istifadəyə verilib.

Xeberler.az bildirir ki, yeni rəqəmsal platforma vasitəsilə dənizçilər sənədlərini vahid mərkəzdən rahatlıqla izləyə biləcəklər. Sistem dənizçilərin sertifikatlarının (diplomlarının), xüsusi hazırlıq şəhadətnamələrinin statusunu, həmin sənədlərin elektron formalarını, dənizçilər üçün təşkil olunacaq təlimləri, onlayn müraciətlərin
göndərilməsi və cavabların alınmasını, eləcə də müxtəlif məlumat və maarifləndirici xarakterli bildirişlərin əldə olunmasını təmin edir.

Bundan əlavə, yaxın vaxtlarda DDLA-da keçirilən bütün imtahanların nəticələrinin də “My Cabinet” platforması üzərindən təqdim edilməsi nəzərdə tutulur. Bu yenilik sənədlərin etibarlılığının operativ və şəffaf şəkildə yoxlanılmasına imkan yaradacaq, eyni zamanda saxtalaşdırma hallarının minimuma endirilməsində mühüm rol oynayacaq.

DDLA tərəfindən həyata keçirilən bu təşəbbüs dənizçilik sahəsində rəqəmsal transformasiyanın genişləndirilməsinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi məmnuniyyətinin artırılmasına yönəlib.

İstifadəçilər “My Cabinet” platformasına DDLA-nın rəsmi internet səhifəsində təqdim olunan “Şəxsi kabinet” bölməsi, həmçinin birbaşa keçid linki (https://seafarer.ddla.gov.az) vasitəsilə daxil ola bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dənizçi sənədlərinin rəqəmsal formada verilməsinə başlanılıb

18-11-2025

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının tədbirində təmsil olunub

26-10-2022

Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanda dənizçilərin hazırlığı sistemini yüksək dəyərləndirib

29-04-2022

“IMEI kodun qeydiyyatını yoxlayın” xidməti istifadəyə verilib

02-06-2023

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının sessiyasında təmsil olunub

30-05-2025

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Gürcüstanda səfərdədir

15-04-2022

Dövlət Dəniz və Liman Agentliyinin sədri Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin icraçı direktoru ilə görüşüb

20-06-2022

Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri ikitərəfli görüşlər keçirib

17-06-2022

“Rəqəmsal məktəb”: hər valideynin fikri dəyərlidir

03-02-2026

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

10-04-2026

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib

11-10-2021

Dövlət satınalmaları üzrə vahid internet portalında yeni funksiya istifadəyə verilib

30-04-2025

Azərbaycanda dənizçilər də elektron arayış ala biləcək

27-04-2017

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn xidmət fəaliyyətə başlayır

31-01-2022

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

18-06-2025

“Mobil Notariat”ın veb-sayt versiyası istifadəyə verilib

09-12-2024

Sosial Xidmət Xəritəsi istifadəyə verilib

26-12-2025

Yeni nazirlik: "Rəqəmsal transformasiyanın sürətləndirilməsi zəruridir"

12-10-2021

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb

19-01-2022

Baykalın seks görüntüləri “YouTube”dən yığışdırıldı

12-11-2010

“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı

17-09-2022

“Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

28-12-2022

RİNN-in bütün elektron xidmətləri vahid portalda

13-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə