Previous Next
Bağla

“mygov”da məlumat sorğuları barədə bildirişlər göndərilməyə başlanılıb

18-11-2025 13:50
“mygov”da məlumat sorğuları barədə bildirişlər göndərilməyə başlanılıb

“mygov” rəqəmsal hökumət platformasında yeni funksionallıq istifadəyə verilib. Artıq vətəndaşlar özəl qurumlar tərəfindən məlumatlarının sorğulanması barədə bildirişlər alırlar.

Xeberler.az məlumat verir ki, beləliklə vətəndaşlar “mygov” tətbiqi və veb-platforması üzərindən məlumatlarının hansı qurumlar tərəfindən sorğulandığını daha operativ izləyə bilirlər. Sorğulama baş verdiyi anda sistem avtomatik olaraq “mygov” tətbiqi vasitəsilə vətəndaşa bildiriş göndərir. İstifadəçi bildirişə klik edərək “Bildirişlər” moduluna keçid edə və “Tarixçəyə keçid et” düyməsi vasitəsilə daha ətraflı məlumatı əldə edə bilər. Əgər vətəndaş bildirişdə qeyd olunan şirkət (qurum) tərəfindən sorğulanmaq istəmirsə, bu zaman "İcazələrin idarə edilməsi" moduluna daxil olaraq müvafiq sorğulamanı bağlaya bilər.

Yeni funksionallığın əsas məqsədi vətəndaşların şəxsi məlumatlarına nəzarətini artırmaqdır. Bu xüsusiyyət sayəsində vətəndaşlar məlumatlarının sorğulanması barədə vaxtında xəbərdar olur və prosesə daha rahat şəkildə nəzarət edə bilirlər.

Sorğular məzmununa uyğun olaraq yeddi kateqoriya üzrə qruplaşdırılır: fərdi məlumatlar, məşğulluq, ailə, təhsil, nəqliyyat, sosial müdafiə və təminat, rabitə. Nəticədə vətəndaş məlumatların hansı qurum tərəfindən və hansı kateqoriya üzrə sorğulandığını bilir və öz məlumat dövriyyəsini daha səmərəli şəkildə izləyir.

Qeyd edək ki, fərdi məlumatların istifadəsi zamanı vətəndaş razılıqlarının rəqəmsal qaydada idarə olunması da “mygov” platformasının təqdim etdiyi imkanlardan biridir. Vətəndaşlar “İcazələrin idarə edilməsi” bölməsi vasitəsilə özəl şirkətlər tərəfindən aparılan məlumat sorğularını izləyə, verdikləri razılıqları idarə edə, onların qüvvədə qalma müddətini müəyyənləşdirə, eləcə də istədikdə dayandıra və ya yenidən aktivləşdirə bilirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

mygov platformasına yeni funksionallıq əlavə edilib

08-05-2025

İRİA: “mygov”da rəqəmsal razılıq mexanizmi tətbiq olunur

27-12-2025

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

06-05-2024

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024

Qarabağa səfər üçün icazələr “mygov” üzərindən veriləcək

22-08-2025

Əmək müqavilələrini "mygov" ilə imzalamaq mümkün olub

08-10-2025

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

Bir neçə notariat xidməti “mygov” platformasına inteqrasiya edilib

24-02-2025

Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

28-10-2024

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

24-11-2025

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

“mygov” ilə dövlət qurumlarına rəsmi məktub göndərilməsi mümkün olub

03-12-2025

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

19-11-2024

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

05-01-2026

Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

05-09-2024

“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

18-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə