Previous Next
Bağla

“Nar” qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

14-08-2018 17:54
“Nar” qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentləri  mükafatlandırdı

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində ötən il olduğu kimi bu il də ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı.

Xeberler.az bildirir ki, 14 avqust 2018-ci il tarixdə ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir modern.az saytı ilə birgə təşkil edildi.

Mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 29 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün balans təqdim edildi.

Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzuladı:

“Gənclərimizin ildən-ilə göstərdikləri daha yüksək nəticələr bizi çox fərəhləndirir. Yüksək əzmkarlıq və çalışqanlıq kimi xüsusiyyətlər sayəsində əldə edilən bu nailiyyətə görə gənclərimizi təbrik etmək “Nar” olaraq bizim üçün də artıq xoş bir ənənəyə çevrilmişdir. Əminəm ki, bu, daha böyük uğurların başlanğıcıdır”, - deyə Əziz Axundov qeyd etdi.

Təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2 milyondan artıq 20 istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 93%-ni əhatə edən və 7000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar abituriyentlərə xüsusi mükafatlar təqdim edib

10-08-2017

Nar 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

20-06-2018

Ən yüksək nəticə göstərən abituriyentlər mükafatlandırıldı

24-08-2022

“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb

30-09-2020

Nar tələbələri mükafatlandırıb

07-07-2017

“Nar” qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırıb

18-09-2021

“Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı Olacaq

13-08-2021

Nar və Avtostop radio verilişindən maraqlı təklif

21-06-2017

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

19-07-2022

“Nar”dan təhsilə dəstək: Ən çox bal toplayan abituriyentlər mükafatlandırıldı

07-09-2023

Nar 794 ədəd 4G baza stansiyası quraşdırıb

06-07-2017

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

01-07-2019

Nar rominq qiymətlərini daha sərfəli edib

30-06-2017

“Nar Wi-Fi” ilə sən harada, internet orada

31-07-2021

“Nar” gənclərin onlayn keçirdikləri tədbirə dəstək olub

16-06-2020

Nar-dan yay kampaniyası

15-06-2017

“Nar” qazi müəllimlər haqqında kitabın çapına dəstək olur

28-10-2021

Nar-dan Yeni İl endirimi

29-12-2017

Nar rəqəmsal inkişafa öz töhfəsini verməyə davam edir

20-06-2019

NETTY-2019 mükafatına sənəd qəbulu davam edir

08-05-2019

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019

“Nar+” tətbiqi yeniləndi!

14-01-2022

Nar korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir

19-04-2019

“Nar” qəbul imtahanının bitməsi münasibəti ilə abituriyentləri təbrik edir

26-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə