Previous Next
Bağla

“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb

09-12-2015 15:21
“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb

Son illər nitq texnologiyaları sahəsində sürətli inkişaf çoxlu sayda yeni terminlərin meydana gəlməsinə səbəb olub.

AMEA İnformasiya Texnologiyaları İnstitutundan Xeberler.az-a verilən məlumata görə,  bu məqsədlə institut “Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlayıb.

Lüğətin hazırlanmasında məqsəd nitq texnologiyaları və nitq siqnallarının rəqəmsal emalı sahəsində Azərbaycan dilində terminologiyanın sistemləşdirilməsidir.

Yeni nəşrin müəllifləri institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoruYadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatdır, elmi redaktoru isə institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyevdır.

Lüğətdə nitq siqnallarının rəqəmsal emalı və nitq texnologiyaları sahəsində elmi ədəbiyyatda rast gəlinən terminlər toplanıb. Lüğətdəki sözlər nitq texnologiyalarının əsas istiqamətlərini əhatə edən müvafiq mövzular üzrə təqdim olunub. Nitq siqnallarının rəqəmsal emalı, nitqin avtomatik tanınması və sintezi, səsə görə şəxsin tanınması üzrə terminlər haqqında ətraflı məlumat verilib.

Kitab nitq texnologiyaları üzrə ixtisaslaşan mütəxəssislər, tələbələr və elmi tədqiqatçılar üçün nəzərdə tutulub.

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

11-12-2015

Yeni lüğətdə İKT üzrə müasir terminlərin izahı verilib

23-11-2015

“İnformatika terminlərinin izahlı lüğəti”nin elektron versiyası hazırlanıb

12-06-2020

İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

28-03-2017

Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

23-01-2018

Hesablama sistemlərinin yaradılması texnologiyaları barədə informasiya nəşr olunub

24-11-2015

İT üzrə ən müasir terminlər araşdırılır

01-05-2018

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

İnformasiya Texnologiyaları İnstitutunun təhsil şöbəsinin fəaliyyət planı müzakirə olunub

23-01-2019

Səsli biometrik axtarış sistemi Meksika hökumətinə kömək edəcək

31-03-2011

İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şərait müzakirə olundu

25-02-2015

Süni İntellekt Laboratoriyasının apardığı tədqiqatlar uğurla nəticələnib

22-04-2021

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026

“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

04-08-2020

Nar-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək

29-11-2018

Ekspress-informasiyanın növbəti sayı işıq üzü görüb

01-06-2009

Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub

21-11-2020

İT üzrə ən müasir terminlər toplanır və sistemləşdirilir

27-06-2016

Nar-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər

03-12-2018

“Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər” lüğəti işıq üzü görüb

22-04-2009

Jest informatikasının problemləri və perspektivləri araşdırılıb

18-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə