Previous Next
Bağla

“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb

13-07-2026 16:44
“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb

2026-cı ilin ilk altı ayında Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” qadınların təhlükəsizliyinin, hüquqlarının müdafiəsinin və sosial rifahının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Hesabat dövründə xidmətə daxil olan müraciətlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfə artması xidmətə göstərilən etimadın və onun əlçatanlığının daha da gücləndiyini göstərir.

Yanvar–iyun ayları ərzində “Qadın Dəstək Xətti”nə ümumilikdə 2500-ə yaxın müraciət daxil olub.

Müraciətlərin əhəmiyyətli hissəsi psixoloji dəstək və zorakılıq halları ilə bağlı olub. Hesabat dövründə 548 qadın zorakılıq faktları ilə əlaqədar dəstək üçün müraciət edib. Qeydə alınan hallar fiziki, psixoloji və cinsi zorakılıq, etinasızlıq, sosial, məişət və kiberzorakılıq kimi müxtəlif zorakılıq formalarını əhatə edib. Xüsusilə son dövrdə geniş yayılmağa başlayan kiberzorakılıqla bağlı 45 müraciət qeydə alınıb. Bir sıra müraciətlərdə qadınların eyni zamanda bir neçə zorakılıq növünə məruz qaldığı müəyyən edilib. Hər bir hal fərdi qaydada qiymətləndirilib, müraciət edənlərə psixoloji, hüquqi və sosial istiqamətlər üzrə kompleks dəstək göstərilib, zərurət yarandıqda isə aidiyyəti dövlət qurumları və tərəfdaş təşkilatlarla koordinasiyalı şəkildə müvafiq tədbirlər həyata keçirilib.

Müraciətlərin təsnifatına əsasən, 698 müraciət psixoloji dəstək, 384 müraciət hüquqi yardım, 233 müraciət isə sığınacaqla təmin olunma ilə bağlı olub. Bununla yanaşı, 171 müraciət nikahın pozulması prosesində yaranan çətinlikləri, 127 müraciət sosial-maddi rifah məsələlərini, 113 müraciət isə digər sosial problemləri əhatə edib.

Hesabat dövründə 98 müraciət intihar düşüncələri, 54 müraciət qadınların istismarı və həssas vəziyyətindən sui-istifadə halları ilə bağlı qeydə alınıb. Bundan əlavə, səhiyyə hüquqlarının təmin olunması ilə əlaqədar 38, təhsil məsələləri üzrə isə 33 müraciət daxil olub.

Hüquqi yardım istiqamətində müraciətlər əsasən hüquqi məsləhətlərin göstərilməsi, mühafizə orderinin alınması, məcburi evlilik və digər hüquqi məsələləri əhatə edib. “Qadın Dəstək Xətti” Azercell, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı ilə fəaliyyət göstərir. Qadınlara fasiləsiz dəstək göstərən xidmət 116111 qısa nömrəsi, eləcə də Facebook və Instagram sosial şəbəkələri vasitəsilə 24/7 rejimində əlçatandır. Azercell abunəçiləri üçün 116111 nömrəsinə edilən zənglər ödənişsizdir.

Bununla yanaşı, çətin həyat şəraitində yaşayan və ya risk altında olan qadınlar oflaynqadinlar.az platforması vasitəsilə psixoloji, fiziki və iqtisadi zorakılıq hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun atılmalı addımlar, mövcud dəstək mexanizmləri və hüquqların müdafiəsi imkanları barədə sistemli və etibarlı məlumat əldə edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

26-01-2026
“Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb

“Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb

20-10-2025
“Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

“Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

21-07-2025
Son altı ayda “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub

Son altı ayda “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub

16-12-2024
“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub

“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub

11-07-2024
Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022
“Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

“Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

12-05-2025
“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayıb

“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayıb

16-02-2025
“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

18-02-2026
“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlanıb

“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlanıb

25-01-2023
“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025
Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

25-11-2025
 “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022
Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

03-03-2026
“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025
Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023
“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında

“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında

02-05-2024
“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021
“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022
Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi

Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi

15-03-2024
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə