Previous Next
Bağla

“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

18-02-2026 15:09
“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”ötən il ərzində uşaqların müdafiəsi və rifahının təmin olunması istiqamətində fəaliyyətini davam etdirib. 2025-ci ildə qaynar xəttə ümumilikdə 5520 müraciət daxil olub.

Müraciətlər xidmət tərəfindən sistemli şəkildə təhlil edilib, risklərin vaxtında müəyyən olunması və qarşısının alınması məqsədilə erkən müdaxilə mexanizmləri işə salınıb. Bu çərçivədə 127 ailəyə birbaşa səfər təşkil edilib, hər bir hal üzrə sosial qiymətləndirmə aparılıb, onlayn konsultasiyalar və ödənişsiz hüquqi dəstək təmin olunub. Həmçinin, fərdi hallar üzrə uşaqlarla ayrıca görüşlər təşkil edilib, dövlət qurumları ilə multidissiplinar əməkdaşlıq çərçivəsində koordinasiyalı iş aparılıb, qrup terapiyaları həyata keçirilib. Ümumilikdə, görülən tədbirlər konkret müraciətlərin həlli ilə yanaşı, uşaqlar, valideynlər və cəmiyyət arasında məlumatlılığın artırılmasına, təhlükəsiz mühitin təşviqinə və qaynar xəttin əlçatanlığının genişləndirilməsinə xidmət edib.

Müraciətlərin təsnifatına gəldikdə, onların əhəmiyyətli hissəsi uşaqların psixoloji və sosial rifahı ilə bağlı olub. 1605 müraciət psixoloji problemlər, 823 müraciət sosial məsələlər, 808-i isə zorakılıq halları ilə əlaqəli olub. Qeyd edək ki, zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 120, qısnama (bullinq) ilə bağlı 53 müraciət qeydə alınıb.

2025-ci il ərzində uşaqların istismarı və həssas vəziyyətindən sui-istifadə hallarına dair ümumilikdə 165 müraciət qeydə alınıb. Bunların 60-ı erkən nikah, 54-ü təhlükəli ailə mühitini tərk etmə, 44-ü dilənməyə məcbur edilmə, 7-si isə əməyin istismarı hallarını əhatə edib.

Bundan əlavə, sosial sahə üzrə müraciətlərdən 168-i sığınacaqla təmin olunma, 76-sı isə intihar düşüncələri və təşəbbüs cəhdləri üzrə qeydə alınıb ki, bu da psixoloji dəstəyə olan ehtiyacın aktuallığını göstərir. Hüquqi yardım üzrə 730, təhsil sahəsi üzrə 302, səhiyyə hüququ üzrə isə 56 müraciət daxil olub. Digər müraciətlər isə ümumi xarakterli suallar və xidmət barədə məlumat sorğularını əhatə edib.

Statistik göstəricilərə əsasən daxil olan müraciətlərin 2995-i qadın, 1541-i kişi tərəfindən, 984-ü isə anonim şəkildə edilib. Yaş bölgüsünə gəldikdə, ümumilikdə 2025-ci ildə qeydə alınan müraciətlərin 3754-ü 15–18 yaş, 1324-ü 11–14 yaş, 442-si isə 10 yaşa qədər olan uşaqlarla bağlı olub. “Uşaq Qaynar Xətti”nin fəaliyyəti yalnız müraciətlərin cavablandırılması ilə məhdudlaşmayıb. Qaynar xətt 2025-ci il ərzində məktəblərdə və onlayn platformalarda maarifləndirmə kampaniyaları da təşkil edib.

2010-cu ildən fəaliyyət göstərən qaynar xətt xüsusi qayğıya ehtiyacı olan bütün uşaqlar və onların problemləri ilə bağlı müraciət edən şəxslər üçün nəzərdə tutulub. Xidmət çətin vəziyyətə düşmüş uşaqlara dəstək göstərməyi hədəfləyir. Dəstək Xəttin əsas prinsipi məxfiliyin qorunmasıdır. Daxil olan məlumatlar yalnız zəruri hallarda və müraciət edənin razılığı ilə aidiyyəti qurumlara ötürülür.

Hazırda 116111 qısa nömrəsi, mobil nömrələr, elektron poçt, rəsmi internet səhifəsi, sosial şəbəkələr və mobil tətbiqlər vasitəsilə xidmət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə ümumilikdə 81000-dən çox müraciət daxil olub. Xidmət “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

26-01-2026

“Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

21-07-2025

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlanıb

25-01-2023

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

“Uşaq Qaynar Xətti” son 1 ayda rekord sayda müraciət qəbul edib

07-05-2020

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

08-01-2019

“Uşaq Qaynar Xətti”nə 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

31-10-2024

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

Qorxma, biz səninləyik!

05-10-2018

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə